17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
"Bloger" Ata Abdullayevin xalası oğlu məhkəmədə İFADƏ VERDİ
Kriminal 2.11.2021 96

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Operativ24.Az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Ata Abdullayevin xalası oğlu Səməd Məmmədov bildirib ki, Ata Abdullayevin səhifəsini idarə edib: "İxtisasca dizayner və qrafikəm. Ata Abdullayevin videobloger səhifəsində işləmişəm. İşim videoları montaj edib, paylaşmaq olub. Gündəlik saytlardan maraqlı xəbərləri götürüb, səhifədə paylaşmışam. Canlı yayımları mən etməmişəm".

Telefon satışı ilə məşğul olan Azər Abbasov bildirib ki, Ata Abdullayev onlardan tez-tez telefon alıb: "Bizim mağazanın yanında yaşayırdı. Münasibətimiz vardı, bizdən telefon alırdı".

Prosesdə şahid qismində ifadə verən Elgiz Əliyev isə deyib ki, zərərçəkən Elmar Əliyevlə yaxın dost olublar: "Dostlarımız dedi ki, Ata Abdullayev Elmarla bağlı nəsə paylaşır. Mən Elmarla danışdım, dedi ki, Ata onun haqqında videolar hazırlayıb şantaj edir".

Şahid qeyd edib ki, Elmar Ata Abdullayevin şantajlarından qorxduğu üçün telefon alıb:

"Elmar dedi ki, telefon alandan sonra onun haqqında heç nə yazılmayıb".

Ata Abdullayev şahid Elgiz Əliyevdən dostu haqqında videoya baxıb-baxmadığını soruşduqda, şahid bildirib ki, video ona maraqlı olmadığından baxmayıb".

Ata Abdullayev şahidin çıxışına etiraz edib və onu mahiyyəti üzrə sualla cavab verməsini tələb edib.

Məhkəmənin növbəti baxış iclası noyabrın 16-na təyin edilib.//unikal.org







Starxeber Bizi instagramda izləyin