17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Azərbaycanda 14 yaşlı qızı nişanladılar
Sosial 1.11.2021 478

Azərbaycanda 2021-ci ilin iyul ayında 14 yaşında qıza nişan mərasimi keçirilib.


 

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, hadisə Salyan rayonu Şorsulu kəndində baş verib.

 

Belə ki, V.İsmayılov adına Şorsulu kənd məktəbinin 8-ci sinif şagirdinə ailəsi tərəfindən nişan mərasimi keçirilib və o təhsildən uzaqlaşdırılıb.

 

Qeyd edilib ki, 14 yaşlı qızın gələn ilin ilk aylarında toyu nəzərdə tutulub.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iddialar nəzarətə götürülüb:

 

"Salyan Rayon Polis Şöbəsi tərəfindən bütün müvafiq tədbirlər icra olunur, müvafiq dövlət qurumları məlumatlandırılıb. Valideynlər şöbəyə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Qanunvericiliyə uyğun olaraq azyaşlının təhsilini davam etdirməsi təmin olunub, dərs davamiyyətinə mütəmadi nəzarət olunacaq”.







Starxeber Bizi instagramda izləyin