17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Yanvardan dollar 2 manat OLACAQ?
İqtisadiyyat 22.10.2021 471

Son zamanlar yayılan qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda yanvar ayında növbəti dəfə devalivasiya baş verə bilər. Yayılan iddialara görə, dollar 2 manata qədər yüksələcək, müxtəlif oktanlı benzinin, hətta dizel yanacağının qiyməti də bahalaşacaq.

Bəs görəsən bu iddialar nə dərəcədə realdır? Ölkədə devalivasiya gözlənilirmi?


 

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan manatının rəsmi məzənnəsi inzibati qaydada tənzimlənir və bizdə bazar iqtisadiyyatı qanunları çalışmır. Yəni manatın məzənnəsi nə birjalarda, nə gündəlik onlayn valyuta satışlarında müəyyənləşdirilmir:

 

“Manatın məzənnəsi Mərkəzi Bankın inzibati tənzimləmə mexanizminə görə tənzimlənir. Bizdə manata təsir edən əsas amil neft qiymətləridir. Neft qiymətlərinin hələlik çox yüksək səviyyədə olması, manata bəlli dərəcədə sabitlik gətirib. Bunu nəzərə alsaq, əgər inzibati qaydada dəyişiklik olmasa, o zaman məzənnənin dəyişdirilməsinə lüzum yoxdur. Təhlükəli məqamlardan biri ondan ibarətdir ki, manatın dəyəri yerində qalsa da, alıcılıq qabiliyyəti sürətlə aşağı düşür. Yəni infilyasiya proseslərinin daha sürətlə getməsi, ən azı devalivasiya qədər təhlükəli bir prosesdir. Ona görə də, biz fərqli gedişatın şahidi oluruq”.

 

Natiq Cəfərli əlavə edib ki, hələlik manatın məzənnəsi inzibati qaydalarla dəyişməz qalır:

 

“Bunun nə vaxta qədər davam edəcəyini demək çətindir. Çünki məzənnə daim eyni qaydada qala bilməz, çünki bunun fəsadları daha ağır olur. Biz bunu 2005-2015-ci illər arasında müşahidə etmişik. Təxminən 10 il manatın məzənnəsi sabit qaldıqdan sonra, 3 dəfə devalivasiya baş verdi. İndi də manatın məzənnəsi uzun illər sabit qala bilməz. Bir müddət sonra bu dəyişəcək. Amma məzənnə dəyişikliyi iqtisadi əsaslarla deyil, Mərkəzi Bankın verdiyi inzibati qaydalarla olacaq”.(Konkret.az)







Starxeber Bizi instagramda izləyin