Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib. AZXEBER.COM xəbər verir ki, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalar davam etdirilir. APA