Bakıda bir bağça koronavirusa görə bağlanıb.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri İdarəsindən məlumat verilib.
"Bağçalardan birində 3 müəllimin koronavirusa yoluxduğu aşkarlanıb. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə müəssisənin fəaliyyəti 14 gün müddətinə dayandırılıb. Uşaqlar arasında yoluxma yoxdur" deyə, məlumatda bildirilib.