11 il müəllim işləyən qadın "patı" çəkirmiş - Azərbaycanda şok hadisə

Azərbaycanda 11 il orta məktəbdə müəllim işləyən qadının narkotik aludəçisi olduğu üzə çıxıb.

 AZXEBER.COM xəbər verir ki, hazırda narkomaniyadan müalicə alan qadın "Xəzər TV"yə açıqlamasında rəfiqələrinin təkidi ilə narkotikə qurşandığını bildirib: "Uşaqlara dərs deyə bilmirdim. Əllərim əsirdi.

 11 il işləmişəm, artıq 6 ildir işləmirəm. Ailənizin qədrini bilin, narkotik maddələrdən uzaq durun. Rəfiqələrim gətirirdi və görürdüm ki, istifadə edirlər. Hamısı istifadə edirdi, mənə də çox maraqlı gəldi.

 Əvvəl onlara ağıl verirdim, sonra özüm də istifadə etməyə başladım. Axır günlər görürdüm ki, canım gedir. 41 yaşım var və çox dəyişilmişəm. İndi görürəm ki, özümə gəlmişəm".


Showxeber Bizi instagramda izləyin



Hadisə 19.10.2021 332
Bütün Xəbərlər