17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər həbs edildi
Sosial 13.10.2021 232

İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində "VAZ” markalı avtomobilin sürücüsü Cəlilabad rayon sakini Sadiq Qasımov və sərnişin qismində olan həmyerlisi Qurban Məmmədov rayonun Mehdili kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıblar.


Araşdırmalar zamanı adıçəkilən şəxslər icazəsiz olaraq işğaldan azad edilən ərazilərə keçdiyi müəyyən edilib.


Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokolar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlar 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.


Bundan başqa, Cəbrayıl RPŞ-nin əməkdaşları Cocuq Mərcanlı kəndinin ərazisindəki xidməti posta yaxınlaşan "Man” markalı avtomobili nəzarət qaydasına uyğun olaraq yoxlamaq üçün "Saxla” işarəsi veriblər. Lakin sürücü - Füzuli rayon sakini Cavad Cabbarov polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymadan icazəsiz olaraq işğaldan azad olunan əraziyə keçməyə cəhd göstərib. C.Cabbarov və sərnişinləri – Bakı şəhər sakinləri olan İlham Məmmədov və Məmməd Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıblar.


Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.







Starxeber Bizi instagramda izləyin