17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Aeroport yolunda baş verən qəzada yaralananların vəziyyəti haqda AÇIQLAMA
Sosial 13.10.2021 342

Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində baş verən ağır qəzada yaralananların 16 nəfəri Sabunçu Tibb Mərkəzinə müraciət edib. 



Operativ24.Az xəbər verir ki, bu barədə Real TV-yə Sabunçu Tibb Mərkəzinin şöbə müdiri Məhəmməd Məmmədov məlumat verib. O qeyd edib ki, onlardan 2 nəfərinin üzərində cərrahi əməliyyat aparılıb: "Bir nəfərin dalağı zədələndiyinə görə əməliyyat olunaraq çıxarılıb. Digərinin isə ayağı baldırdan amputasiya olunub.


Yaralılardan 4-ü ağır vəziyyətdə olduğuna görə reanimasiyaya yerləşdirilib. 4 nəfərin isə müayinədən sonra vəziyyətinin yüngül olduğu məlum olub və onlar ambulator müalicəyə göndərilib. Bizim xəstəxanaya gələnlər arasında ölüm halı qeydə alınmayıb”. 


M. Məmmədov əlavə edib ki, digər yaralılar hazırda nəzarətdədir və müalicəni davam etdirirlər. Vəziyyətləri orta və kafi qiymətləndirilir.


Qeyd edək ki, aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya) çatdırılıb. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb. 







Starxeber Bizi instagramda izləyin