17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Mədəniyyət / Sosial 11.10.2021 212

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə 15-20 oktyabr 2021-ci il tarixlərində “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı”nı keçiriləcək. Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov festivalın keçirilməsinin əsas məqsədinin Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılması olduğunu bildirib: “Birinci festivaldan fərqli olaraq, bu ilki festival beynəlxalq status daşıyır və daha genişmiqyaslıdır. Çünki bu festivalda ən məşhur musiqiçilər və kollektivlər iştirak edəcəklər. İnanıram ki, “II Azərbaycan Beynəlxalq Vokalçıları Festivalı” maraqla qarşılanacaq, əsl musiqi bayramına çevriləcək və yaddaşlara həkk olunacaq”. Festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin öncül musiqi kollektivlərinin müşayiətilə tanınmış Azərbaycan və xarici vokalçıların, eləcə də, istedadlı gənclərin ifasında təqdim olunacaq. Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası və Gəncə Dövlət Filarmoniyasında bir-birindən maraqlı konsertlər, musiqili tamaşalar, romanslar, təqdimatlar, elmi-praktiki konfraslar, master-klasslar (ustad dərsləri) və s. təqdim olunacaqdır. Konsert proqramlarında dünya şöhrətli bəstəkarlar Ü.Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Müslüm Maqomayev, C.Verdi, Mozart, C.Puççini, A.Vivaldi, C.Bononçini, G.Hendel, K.Glük, A.Skarlatti, A.Monteverdi, C.Perqolezi və başqalarının əsərləri səsləndiriləcək. Festivalın təntənəli açılışı oktyabrın 15-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında baş tutacaq. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşaiyətilə keçiriləcək tədbirin dirijoru, Əməkdar artist Əyyub Quliyevdir. Barokko musiqisi axşamında Respublikanın Xalq artistləri Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər Ramil Qasımov, Fəridə Məmmədova, İnarə Babayeva, Səbinə Əsədova və İlham Nəzərov çıxış edəcəklər. Sizlərə festivalın proqramını təqdim edirik: 15 oktyabr: 10:00 - Fəxri Xiyaban. Əbədiyaşarlara ziyarət 12:00 - Heydər Əliyev Sarayı - Dünya Vokal İfaçılığı və Onun Əsasları elmi-praktiki konfrans 19:00 - Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalı – Barokko musiqisi axşamı 16 oktyabr: 12:00 - Azərbaycan Milli Konservatoriyası - Klassik Milli Vokal Ifaçılığı 16:00 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası - "100 ilin sərvəti" Bakı Musiqi Akademiyasının 100 illiyinə ithaf 19:00 - Azərbaycan Dövlət Opera və Balet Teatrı - Arşın mal alan 17 oktyabr: 12:00 - Beynəlxalq Muğam Mərkəzi - Bizidə tanıyın 19:00 - Beynəlxalq Muğam Mərkəzi - Nizaminin sözlərinə yazılmış romanslar 18 oktyabr: 12:00 - Gəncə Dövlət Filarmoniyası - Gəncədən Bakıya 19:00 - Azərbaycan Dövlət Akademik Musiqili Teatrı - Azərbaycan operetta inciləri 20:00 - Azərbaycan Dövlət Akademik Filatmoniyası - Azərbaycan Dövlət Kapellasının konserti 19 oktyabr: 12:00 - Beynəlxalq Muğam Mərkəzi - Rəşid Behbudov repertuarından incilər 19:00 - Heydər Əliyev Sarayı - Vokal Inciləri kitabının təqdimat mərasimi 20 oktyabr: 19:00 - Heydər Əliyev Sarayı - Azərbaycan Vokalçıları Festivalının Təntənəli bağlanış mərasimi






Starxeber Bizi instagramda izləyin