Maqazin
9.10.2021
230
Aparıcı Zaur Baxşəliyev illərdir rəqabətdə olduğu Xoşqədəm Hidayətqızını müdafiə edib.
SHOWXEBER.AZ xəbər verir ki, Zaur aparıcısı olduğu “Bizimləsən” proqramında həmkarının əleyhinə səsləndirilən fikirlərə etiraz edib:
“Kimsənin ağlına gəlməsin ki, gəlib mənim verilişimdə Xoşqədəm Hidayətqızını pisləyəcək və mən buna şərait yaradacam. Əsla! Hamımız bu televiziyalarda çalışırıq, çörək qazanırıq və xalqa xidmət edirik. Olmaz!”/olay.az