17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Çempion titulu qazanan güləşçimiz bu hərəkəti ilə nə demək istədi?
İdman 9.10.2021 1 000

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında qızıl medal qazanan güləşçimiz Rafiq Hüseynov final görüşündən sonra əlləri ilə 44 rəqəmini göstərməsinə izah verib.


SHOWNEWS.AZ xəbər verir ki, qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edən idmançı 44 rəqəmi ilə Vətən müharibəsinə işarə etdiyini bildirib:

“Azərkeşləri çaş-baş salmış bu jestimin açıqlamasını vermək istəyirəm. Orada mənim Türkiyə və Azərbaycan bayrağını bir yerdə götürməyim və sonda da 44 deməyim təsadüfi deyil.

 

Bu qələbəmi 44 günlük müharibədə olan şəhidlərimizə, qazilərimizə, müharibə qəhrəmanlarına, ümumiyyətlə bütün Türk dünyasının şəhidlərinə borcluyam. Onlar canlarını fəda etdilər ki, biz firəvan həyat sürüb bu günlərə çataq. Bu qələbə onlarındır.

Ona görə də simvolik olaraq sonda 44 deyib qələbəmi kimə həsr etdiyimi bütün dünyaya elan etdim.

Şəhidlərimizin ruhları bəlkə şad olar. Çünki biz onları unutmadıq, unutmayacağıq”, - deyə Hüseynov instaqramda yazıb.









Starxeber Bizi instagramda izləyin