17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Saxta COVID-19 pasportu satan həkimlər SAXLANILDI
Sosial 9.10.2021 872

Göyçay Rayon Polis Şöbəsinə pul müqabilində bəzi vətəndaşlara vaksin olunmadan saxta COVID-19 pasportlarının verilməsi barədə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Operativ24.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən Göyçay Rayon Mərkəzi Xəstəxanasının işçiləri, şəhər sakini H.Eyvazova, İ.Məmmədova və L.Vəliyeva saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, onların qabaqcadan əlbir olaraq müraciət edən bəzi vətəndaşlara əlli, yüz manat qarşılığında vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır, adı çəkilən tibb işçilərinin ümumilikdə neçə nəfərə saxta COVID-19 pasportu satmaları ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.







Starxeber Bizi instagramda izləyin