17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Səbinə Xasayeva Lökbatan qəsəbəsində bir qrup vətəndaşı qəbul edib
Sosial 6.10.2021 383

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonunun Lökbatan  qəsəbəsində karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı  fərdi qaydada qəbul etmiş, onların problemlərini dinləmişdir.

       Keçirilən qəbulda iştirak edən vətəndaşlardan Kişvər Babayeva,Gülarə Davudova, Şövkət Həziyeva, Aysel Xanbabayeva, Ruhiyyə Məmmədova, Telnaz Qəniyeva, Lalə Rəhimova, Liza Baxışova,Murad Əkbərov,Novruz Əliyev,İlham Rəhimov və Ülvi Qurbanov aztəminatlı ailələrin və Vətən müharibəsi iştiakçiları ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasının, ,bank sistemində vətəndaşların hüquqlarının pozulmasının qarşısının alinması, əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinin,banklar tərəfindən vətəndaşların hüquqlarının pozulması üzrə məhkəmələrdə baxılan işlərdə ədalət prinsiplərinə ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsinin, işsizliyə görə müavinət verilməsinin, əhalinin sosial təminat və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.
     Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.
      Qəbulda Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov iştirak etmişlər.
       Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi və onların qəbul edilməsi deputat Səbinə Xasayevanın əsas fəaliyyət istiqamətlərindən biridir.


Operativ24.az






Starxeber Bizi instagramda izləyin