17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
5 yaşlıların məktəbə cəlb edilməsi bu tarixdən ola bilər – AÇIQLAMA
Sosial 4.10.2021 802

Bir neçə gün öncə təhsil naziri Emin Əmrullayev uşaqların məktəb yaşının 5 yaşa endirilməsi ilə bağlı fikir səsləndirib. Lakin təhsil nazirinin bu fikri bəzi valideynlər arasında birmənalı şəkildə qarşılanmayıb. 


Bəs görəsən tədris yaşının aşağı endirilməsinin müsbət və mənfi tərəfləri nələrdir? 

Bu proses nə vaxtdan həyata keçiriləcək? 

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, dünyanın inkişaf etmiş ölkələrində məktəbə cəlbedilmə 5 yaşdan etibarən başlayır. Düzdür, Azərbaycanda 2016-cı ildən orta ümumtəhsil məktəblərinin nəzdində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarında uşaqlar 5 yaşdan etibarən məktəblərə cəlb edilirlər. Bu il 90 minə yaxın şəxs məhz 5 yaşında məktəblərə gedir. Lakin təhsil nazirinin dediyi artıq məktəbəqədər hazırlıq qruplarına yox, birinci sinfə qəbulla bağlıdır”.  

Ekspertin sözlərinə görə, sovetlər dönəmində birinci sinfə qəbul 7 yaşdan olub, Azərbaycanın müstəqilliyindən sonra bu rəqəm 6 yaşa endirildi: “Şagirdlərin fiziki vəziyyəti imkan verir ki, 5 yaşdan etibarən birinci siniflərə qəbul həyata keçirilsin. Bu son dövrlərdəki dərsliklərdə informasiya yükünün çox olması zərurətindən də irəli gəlir. 5 yaşdan etibarən məktəblərə cəlb edilmə orta ümumtəhsil məktəblərində tədris yükünü azaldacaq. Bu, müsbət bir hal və vaxtında atılmış addımdır. Bizim araşdırmamıza görə, cəlbedilmə ən yaxşı halda 2023-cü ildə baş tuta bilər”. 

Könül Oruc







Starxeber Bizi instagramda izləyin