17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Ötən ilin noyabrında yazılan Zəfər tarixi əbədiyyən yaşadılacaq!
Siyasət / Sosial 2.10.2021 328

 
Mahiyyət baxımından Vətən mmüharibəsi 1988-ci ilin fevralından – ermənilər Ağdamda Əli ilə Bəxtiyarı güllə ilə öldürəndən başlayıb. Xalq bu müharibənin əsgəri olmağı özünə mənəvi borc bilib. Birinci Qarabağ müharibəsində də, Vətən müharibəsində də xalq əsgərləşmişdi. Birinci Qarabağ müharibəsində siyasi vəziyyət də, dövlətçilikdə yol verilən nöqsanlar da, milli qarşıdurmalar da, şəxsi ambisiyalar da uğurlu hərbi əmliyyatlar aparmağa imkan vermirdi. Bunun nəticəsiydi ki, qısa müddətdə 20 faiz ərazimiz işğal olundu. Kimiydi müqəssir? Bunu tarixin öhdəsinə buraxaq...
Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunda əsaslı dönüş yaradıldı, aparılan islahatlar qısa müddətdə ordunun nizami ordu kimi formalaşmasını təmin etdi. Horadiz əməliyyatı ordunun qələbə ruhunu daha da artırdı. Qazanılan qələbə ordunun qadirliyinə böyük inam yaratdı...
Azərbaycan Respublukasının Prezidenti Cənab İlham Əliyev ordu quruculuğu istiqamətində də Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirdi. Ordu quruculuğunda həyata keçirilən genişmiqyaslı islahatlar, müxtəlif təyinatlı təlimlər şəxsi heyətin döyüş hazırlığını, Ali Baş Komandanın ön xətdə, səngərlərdə hərbi xidmətdə fərəqlənənləri təltif etməsi şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəldirdi. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirməyən Ermənistan ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin tövsiyələrinə də məhəl qoymurdu, regionda status-kvonu saxlamaq üçün danışıqlardan yayınıırdı. Azərbaycanın xariici siyasəti bu vəziyyətlə barışmazdı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev demişdi: "Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz". Bu qətiyyət Ermənistanın xarici siyasətini dəyişdirməli idi. Ermənilik xisləti buna imkan vermədi....
Atəşkəs elan ediləndən Vətən müharibəsinə kimi Ermənistan atəşkəsə əməl etmədi, təmas xəttində irili-xırdalı təxribatlar törətməkdə davam etdi. 2016-cı ilin aprelində belə təxribatlardan birinin qarşısı alındı, düşmən min hektarlarla ərazidən çıxarıldı. Ermənistan 2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətində dövlət sərhədlərimizi pozdu, Azərbaycanın ordu hissələri bu hücumun da qarşısını qətiyyətlə aldı.
Ermənistan 2020-ci ilin sentyabrın 27-də bütün istiqamətlərdən müxtəlif təyinatlı silahlarla hücum etdi. Ordu hissələrimiz bu hücumun da qarşıısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əlievin əmri ilə əks-hücum əməliyyatı başladı. Bu əmr Vətən müharibəsinin döyüş əmri idi...
Ermənistan işğal etdiyi ərazilərdə müdafiə məqsədi ilə mühəndis-istehkam sistemi yaratmış, 28 il onu təkmilləşdirmş, möhkəmlətmişdi. Vətən müharibəsi başlayanda Azərbaycan Ordusu düşmənin ümid yerlərindən biri olan müdafiə səddini darmadağın etdi. Müdafiə sistemi yarılan düşmən ardıcıl mövqe məğlubiyyətlərinə məruz qalırdı. Azərbaycan əsgəri döyüşə-döyüşə qələbə qazanır, qələbə qazana-qazana döyüşürdü. Strateji yüksəkliklər, yaşayış məntəqələri içşğaldan azad edilirdi.  
Ermənistan döyüşdə məğlubiyyətlərinin acısını mülki əhalidən çıxmağa cəhd göstərir, Gəncə, Mingəçevir, Tərtər, Bərdə şəhərlərinə müxtəlif qadağan olunmuş raket zərbələri vururdu. Beynəlxalq ictimaiyyət buna reaksiya verirdi, ancaq belə reaksiyalar işğalçı dövləti niyyətindən çəkindirmirdi.
Azərbaycan Respublukasının Prezidenti Cənb İlham Əliyev xalqa müraciətində demişdi: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.
Xalq bu qüruru böyük könül xoşluğu ilə yaşadı...
Vətən müharibəsi xalqın müharibəsi idi. Obrazlı şəkildə desək, azərbaycançılığın erməniliklə döyüşü idi. Vətənpərvərlik işğalçılığa qalib gəldi. Bu Zəfər həm torpaqalrımızın işğaldan azad edilməsi ilə nəticələndi, həm də Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi.
BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun illlərlə həll edə bilmədiyi problemi Azərbaycan Ordusu döyüşlə həll etdi. Bu fakt təsdiqlədi ki, Azərbaycan Ordusu güclüdür, qüdrətlidir, onun qüdrətini beynəlxaq təşkilatlar da etiraf etdi...
“Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Ancaq Azərbaycanda yox! Bu məsələ artıq öz həllini tapdı” – kəlamları Vətən müharibəsinin mahiyyəti baxımından tarixi tezis kimi anlaşıldı, tarixə yazıldı. Tarix bu tezisləri qalib dövlətin qadirliyinin sənədi bildi...
Vətən müharibəsi haqqın, ədalətin müharibəsi idi, Xeyirin Şərə qarşı döyüşləri idi.
Azərbaycan Vətən müharibəsində tək deyildi. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyirdi: “Azərbaycan tək deyil”. Vətən müharibəsində bu fikir öz təsdiqini geniş miqyasda tapdı. “Bayraktar”lar da Vətən müharibəsinin əsgəri oldu. Düşmən də, onun havadarları da gördü ki, Azərbaycanın sevinci Türkiyənin sevincidi, Azərbaycanın ağrı-acıları Türkiyənin ağrı-acılarıdı. Hələ Vətən müharibəsindən əvvəl Azərbaycan Ordusnunu yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlarda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, çıxışı bir daha təsdiqlədi ki, Azərbaycanla Türkiyə böyük tarixi şəxsiyyət Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlətdir...
Zəfərdən sonra Bakıda keçirilən Zəfər paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında dedi: “Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”. Bu kəlamlar qalib dövlətə, qardaş qalib dövlətə ehtiramdır, həm də onun gücünə, qüdrətinə inamdır, güvəncdir...
Vətən müharibəsi Türkiyə - Azərbaycan münasibətlərinin ötən əsrin əvəllərində yaşanılanların məntiqi davamı oldu. Türkiyənin istiqlal savaşında Azərbaycan Türkiyənin yanında oldu, Qafqaz İslam Ordusu Bakını bolşevik-eserlərdən təmizlədi. XXI əsrin ilk qərinəsində erməniliyin qəti məğlubiyyəti döyüşlərində də bu iki qardaş dövlət bir oldu, bir amalın icraçıları kimi...
Vətənn müharibəsi bütün azərbaycanlıları əsgərləşdirmişdi. Bu birlik Vətən müharibəsinin ədalətli müharibə kimi tarixləşdirdi, qazanılan Zəfəri haqqın,ədalətin Zəfəri kimi tarixləşdirdi.
Azərbaycan Respublikasının Prezidenti Müzəffər sərkərdə Cənab İlham Əliyev xalqa müraciətində dedi: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heş vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”. 
Şəhidliyə ehtiramı milli-mənəvi dəyərlər sisteminin başlıca tərkib hissəsi bilən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər sərkərdə Cənab İlham Əliyev şəhidlərə, şəhidliyə, şəhid ailələrinə həmişə böyük ehtiram göstərib. Ölkə başçısı xalqa müraciətində şəhidləri xatırlayaraq dedi: “...Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və iğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır”.
Ermənistan xisləti etibarilə bəşəriliyin düşmənidir. O, işğal etdiyi ərazilərdə bütün binaları, evləri, mədəniyyət abidələrini dağıtmışdı. Azərbaycan Respublukasının Prezidenti Cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə olanda xalqa müraciətlərində bu amilə də diqqət çəkir, erməniliyin nəticələrinin aradan qaldırılacağını, şəhərlərin, kəndlərin yenidən qurulacağını bildirirdi: “Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Bizim bütün şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalan yarıdağılmış məscidlərdə mənfur düşmən bizi təhqir etmək üçün, bütün dünya müsəlmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz saxlayırdı...”. Ölkə başçısı daha sonra deyib: “Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilməlidir...”.
Vətən müharibəsinin başa çatması Rusiya Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin üçtərəfli sazişilə yekunlaşdı. Ərazidə sülhü qorumaq qarşılıqlı razılaşmaya görə Rusiyanın sülhməramlılarına həvalə edildi, Rusiyanın sülhməramlıları sülhü qoruyurmu, qorumaq istəyirmi, istəmirsə niyə? Suallar çoxdur. Bunu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də bildirib: “Bizim narazılığımız da var, iradlarımız da var - ilk növbədə, xarici vətəndaşların ərazimizə qanunsuz olaraq gəlməsi ilə bağlı. Azərbaycan rəsmi olaraq dəfələrlə bu məsələni qaldırmışdır. Qarabağ bizim ərazimizdir və bizim icazəmiz olmadan o bölgələrə heç bir xarici vətəndaş, yaxud da ki, avtomobil daxil ola bilməz, bizdən icazə alınmalıdır...”. Bu qətiyyət Zəfərin davamıdır. Bu Zəfər ona görə tarixi Zəfərdir...
Vətən mmüharibəsinin başlanmasının birinci ildönümü Anım günü kimi qeyd edildi. Bu da tarixə tarixi sədaqətin nəticəsidir. Həmin gün Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “Anım Günü”ə həsr olunmuş yürüş təşkil edildi. Bu yürüş və belə yürüş tarixi yürüş kimi bütün dünyanın bəşəri düşüncəlilərinin yaddaşında illərlə yaşayacaq.
Dövlətimizin başçısı şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərində inşa olunacaq Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlqoyma mərasimində iştirak etdi...
8 noyabr da tarixdir, 10 noyabr da. Hər iksinin başlanğııcı 27 sentyabrdır...
27 sentyabr tarixi gündür, Bu günü hər birimiz arzulayırdıq. Hər birimiz arzuladığımız günün mahiyyəti kimi işləyəcəyik, yaşayacağıq. Vətəni bu tarixi günlərin mahiyyəti səviyyəsində sevirik...
 
 
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı






Starxeber Bizi instagramda izləyin