17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Baş infeksionistdən xəbərdarlıq: "Koronavirusa yoluxma arta bilər"
Koronavirus 1.10.2021 218

"Pandemiya təcrübəsi bizə göstərir ki, yumşalmalardan sonra hər dəfə yoluxma sayı yenidən artır. Burada əsas məsələ insanların arxayınlaşaraq fərdi qorunma qaydalarına əməl etməməsidir”.


 

Operativ24.Az xəbər verir ki, bunu APA-ya baş infeksionist Təyyar Eyvazov deyib.


Baş infeksionist bildirib ki, yoluxma sayı azaldığı dövrdə insanlar qoruyucu tədbirlərə əməl etmirsə, müəyyən müddət sonra yenidən yoluxma saylarının artdığı müşahidə edilir:


"Hətta vaksin olunan şəxslər belə maska taxmalı, sosial məsafəni qorumalı, digər gigiyenik qaydalara əməl etməlidir. Əhalinin vaksinasiyasına bu ilin yanvar ayından başlanılıb. Vaksinasiya sürəti müxtəlif vaxtlarda fərqli olub. Əsasən may ayından sonra peyvənd olunma sürəti artıb. Təbii ki, "Vaksinasiya Strategiyası”nda qoyulan hədəflərə çatmamışıq. Yeni yayılan "Delta ştamm"nı nəzərə almaqla kollektiv immunitetin yaranması üçün əhalinin 80 faizi iki doza vaksin qəbul etməlidir.


Amma bu gün iki doza vaksin alan şəxslərin sayı təxminən 3 milyon 800 min ətrafındadır, yəni hələlik ölkədə vaksin almayan kifayət qədər şəxs var. Belə insanların sayı çox olduqca infeksiyanın yayılması üçün münbit şərait yaranır. Ona görə bu proses tezləşməlidir ki, hədəflərə çataq, az da olsa, infeksiyaya nəzarət etmək imkanımız olsun”.


T. Eyvazov qeyd edib ki, müəyyən yumşalmalardan sonra təmasların artması, havaların soyuması insanların qapalı mühitdə toplanmasına səbəb olur:


"Xüsusən iş yerlərində, müəyyən ofislərdə insanlar bir-birini tanıdığı üçün maska taxmır, məsafəni gözləmirlər. Bunların hamısı yoluxmanın artmasına xidmət edən faktorlardır. Digər tərəfdən, biz bilirik ki, bu aylarda mövsümi olaraq digər respirator virus infeksiyalarının da artımı baş verir. Bu infeksiyalarla koronavirusun əlamətləri eynidir. Müəyyən şikayətləri olan insanlar ilk olaraq özlərində soyuqdəymə, digər qrip və s. kimi xəstəliklərin olduğunu düşünərək, həkimə müraciət etməyəcəklər və ya etmirlər.


Bu da gecikmiş aşkarlanma, ağırlaşmış halların ortaya çıxmasına səbəb olur. Eyni zamanda həmin şəxslər xəstəliyin ilk dövründə daha çox yoluxdurucu olduğundan və izolyasiya olunmadığı üçün infeksiyanın daha çox yayılmasına xidmət edir. Yenə də ehtiyatlı olmaq lazımdır. Əgər hər hansı şikayətlər yaranırsa, həkimə müraciət etmək lazımdır ki, koronavirus infeksiyası vaxtında aşkarlansın. Həmçinin, özünüqoruma tədbirlərinə ciddi əməl etmək lazımdır ki, təkcə koronavirusdan deyil, digər respirator virus infeksiyalarından da özümüzü qoruya bilək”.







Starxeber Bizi instagramda izləyin