17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Arvadını öldürən hakimə hökm oxundu - 10 İL HƏBS
Kriminal 30.09.2021 325

Həyat yoldaşını güllələyərək öldürməkdə təqsirləndirilən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib.

Elan olunub ki, hadisə zamanı otaqlarda hər hansı mübahisə şübhəsi oyandıran dağınıqlıq müşahidə olunmayıb. Hadisənin baş verdiyi divanın üstündən ov tüfəngi və 2 ədəd giliz tapılıb. Hadisədən sonra keçirilən tibbi müayinə zamanı Fəqan Əhmədovda orta-alkoqol sərxoşluq dərəcəsi müəyyən olunub.

 

Sənədlərin tədqiqi tamamlandıqdan sonra dövlət ittihamçısı çıxış edib. Prokuror hadisənin qəsdən adam öldürmə kimi qiymətləndirilməsini və F.Əhmədova 11 il azadlıqdan məhrum etmə cəzası verilməsini istəyib.

Daha sonra vəkillər çıxış edib və F.Əhmədovun hadisəni qəsdən deyil, ehtiyatsızlıqdan törətdiyini bildiriblər. Onun barəsində ədalətli qərar verilməsini istəyiblər.

Daha sonra F.Əhmədova son söz verilib. O, ittihamla qəti razı olmadığını bildirib:

“İttiham aktında qeyd olunanlar fərziyyədir. Nə vaxtdan 15 il bir yerdə yaşadığın arvadına yüksəl tonda nəsə deməyin təhqir sayılır?! Bir insanı qəsdən öldürmək üçün bunu arzulamalısan. Mənim onu öldürməyim sadəcə şit bir zarafatın nəticəsi idi. 15 il Pərvanə ilə nikahda olmuşam. Mən onu sevirdim. Həmişə də belə olacaq. İstəməzdim ki, onun başından bir tük belə əskik olmasın, nəinki onu öldürmək”.

Hakimlər müşavirədən qayıtdıqdan sonra hökm elan olunub. Məhkəmənin qərarı ilə Fəqan Əhmədova 10 il azadlıqdan məhrum etmə cəzası verilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 2021-ci il mayın 30-da Nardaran qəsəbəsi, “Ləhiş bağları” birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı öldürmüşdü.







Starxeber Bizi instagramda izləyin