17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Qarabağ şəhidləri və qazilərinin övladları Sivas Cümhuriyyət Universitetində təhsillərinə başlayıblar
Sosial 30.09.2021 303

Azərbaycanda fəaliyyət göstərən Türkiyə iş adamlarının təşəbbüsü ilə 44 günlük Vətən müharibəsi şəhidləri və qazilərinin övladları Sivas Cümhuriyyət Universitetində təhsillərinə başlayıblar.

Operativ24.az xəbər verir ki, universitetin yaydığı açıqlamaya görə, rektor prof. dr. Alim Yıldız və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) rəhbəri Hüseyin Büyükfıratın təşəbbüsü ilə Qarabag şəhidləri və qazilərinin övladlarının Cümhuriyyət Universitetində təhsil almaları üçün keçən il fəaliyyətə başlanılıb.

Bu fəaliyyətin nəticəsində şəhid və qazi övladları Sivas Cümhuriyyət Universitetində qeydiyyatdan keçərək, tədris həyatlarına başlayıblar.

Cumhuriyet Universiteti Beynəlxalq Tələbələr Ofisi Koordinatoru dos.dr. Yusuf Yıldırım 25 azərbaycanlı tələbənin universitetin müxtəlif fakültələrində qeydiyyatdan keçdiyini bildirib.

Cümhuriyyət Universitetinin və TÜİB-in təqaüdlərini alanları arasında yer alacaq bu tələbələrin təlim-tədris həyatları boyunca bütün xərclərinin ödəniləcəyini qeyd edən Yusuf Yıldırım universitetdə qeydiyyata düşən tələbələrin təhsillərini uğurlu bir şəkildə bitirərək, ölkələrinə dönmələrinə şərait yaradılacağını deyib: "Tələbələri bu imkanın verilməsi məsələsində başda rektorumuz prof. dr. Alim Yıldız hocamıza və TÜİB rəhbəri Hüseyin Büyükfırata təşəkkür edirik".

Qeydiyyata alınan tələbələrdən şəhid Hikmət Səfərovun oğlu Azər Səfərov bu imkanı yaradanlara təşəkkür edib:

"Şəhidlərimizin və qazilərimizin övladları Sivasda müxtəlif fakülətlərdə təhsil almaq imkanı əldə etdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sivas Cümhuriyyət Universitetində təhsil almağı hər kəsə tövsiyə edirəm".

Şəhid övladı Sultan İbişov Sivasda təhsil aldığı üçün xoşbəxt olduğunu ifadə edərək deyib:

"Bir Azərbaycan vətəndaşı olaraq burada təhsil aldıqdan sonra ölkəmə qayıtmaq və qardaş ölkə olan Türkiyəni gözəl bir şəkildə tanıtmaq istəyirəm. Əcnəbi tələbələrə Sivas Cümhuriyyət Universitetində oxumağı məsləhət görürəm. Mən də tələbə olmaqdan məmnunluq duyuram".






Starxeber Bizi instagramda izləyin