17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
"Ordumuz qəhrəmanlığa baxmayaraq, daim geri çəkilirdi" - Erməni nəşri
Dünya 27.09.2021 271

"Təbii ki, əsas sual niyə uduzduq və kimin günahkar olduğu hələ aydınlaşmayıb. Müharibənin məğlubiyyətinin günahını keçmiş hakimiyyətin və keçmiş ordu komandirlərinin, həmçinin ordunun təchizatçılarının üzərinə atmaq üçün edilən bütün səylərə baxmayaraq, əvvəlki illərdə məğlubiyyətin səbəblərini axtaranların sadə populizm və beyin yuma ilə məşğul olduqları aydındır. Lakin hələ də məğlubiyyətin əsas günahkarları yox, digərləri təqib və həbs edilir". 


Unikal.org xəbər verir ki, bunu Ermənistanın "Hraparak" nəşri yayıb. 

"Nikol Paşinyanın satın aldığı natamam SU-lar, ordu və hərbi təlimlər haqqında bütün qürurverici məlumatlar bizi yenilməzliyə əmin etmişdi. 

"Yeni müharibə, yeni ərazilər", "müharibə istəyirsənsə, müharibə alacaqsan", "Qarabağ Ermənistandır və bitdi", "sıfırdan danışıqlar", "Qarabağın havası 100% qorunur" və s. deyilməsəysdi, düşünərdik ki, bəlkə də müdafiə qabiliyyətimiz 30 ildir zəifdir. Ermənistan hakimiyyəti isə 3 ildə bu boşluğu doldura bilməyib. 

Əlavə olaraq, büdcə yalnız səyahətlər, asfalt çəkilməsi və s. üçün kifayət idi, amma ordu üçün pul yox idi. 

Ordumuz, təsvir edilə bilməyən "qəhrəmanlığa" baxmayaraq, daim geri çəkilirdi. 

Siyasi təqiblərlə paralel olaraq Prokurorluq, Xüsusi İstintaq Xidməti, Müdafiə Nazirliyi də bununla məşğul olmalı və bir il sonra bəzi suallara cavab verməli idi. Ancaq məlum olur ki, hüquq-mühafizə orqanlarının buna vaxtı yoxdur", - deyə nəşr qeyd edib. 

Ağarza Elçinoğlu 







Starxeber Bizi instagramda izləyin