17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Bir ay ərzində 60-a yaxın İran "TIR"ı Qarabağa daxil olub - İlham Əliyev AÇIQLADI
Siyasət 27.09.2021 401

"Hər ayın əvvəlində, bizdə məlumat toplanır ki, nə qədər İran "TIR"ı Qarabağa daxil oldu, nə qədər "TIR" çıxdı, nə gətirdi, nə apardı. Onların qeydiyyat nişanlarına qədər bizdə bütün məlumatlar var. Onlar mətbuatda dərc olunub".


Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində deyib.

"Bundan sonra onlar İran "TIR"larının üzərinə erməni nömrələrini vurmağa başladılar. Belə bir saxtakarlığa yol atdılar və bizi aldatmağa başladılar. Onu da qeyd etmək istəyirəm ki, eyni nömrəni bir neçə fərqli "TIR"ın üzərinə də yapışdırdılar. Bu onu göstərir ki, bu işi davam etdirmək, sadəcə bunu pərdələməkdir. 

Belə olan halda, artıq biz rəsmi qaydada diplomatik nota verdik. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Biz ümid edirdik ki, buna son qoyulacaq. Buna baxmayaraq, avqust ayının 11-dən sentyabrın 11-dək 60-a yaxın İrandan gələn "TIR" qanunsuz olaraq Qarabağa hərəkət etdi. Bunun qarşısını almaq üçün biz, əməli-praktiki addımlar atdıq. Bizim addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar".







Starxeber Bizi instagramda izləyin