17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Müstəqilliyimizin 30-cu il dönümünə həsr olunmuşdur: “Qarabağın iqtisadi potensialı”
Sosial 26.09.2021 587

Yaşadığımız region yüzillər boyu müxtəlif böyük dövlətlərin fərqli maraqlarına görə hücumlara məruz qalıb.Dəfələrlə işğal olunub və yağmalanıb,şəhərlər dağıdılıb,insanlar isə öz vətənlərindən sürgün olunub.Buranın əlverişli coğrafi mövqeyi, enerji resurslarının zənginliyi onu bir an belə olsun diqqətdən kənarda qalmağa qoymayıb.Qafqaza sahiblənmək istəyənləri buradaki sabitlikdən daha çox özlərinin siyasi-iqtisadi maraqları, regiona təsir imkanlarının qalması düşündürüb. Elə illərlə müstəqil Azərbaycanın 20% torpaqlarını işğal altında saxlayan Ermənistan da bu cür dairələrə öz məqsədlərinə çatmaq üçün alət kimi lazım olub.

  Azərbaycanın belə bir regionda yerləşməsi xalqımızın böyük avantajıdır. Hələ 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalından sonra mühacirət həyatı yaşayan Əli Mərdan bəy Topçubaşi fransızlara Azərbaycandakı ayaqlanmalara silah yardımı etmələri barədə müraciət edir. Uğurlu olduqları təqdirdə yardımlarının qarşılığını artıqlaması ilə ödəmək üçün ölkədə yetərli təbii sərvətin olduğunu çatdırır. Bu isə nəinki fransızlara hətta dövrün digər lider dövlətlərinə məlum olduğuna görə birbaşa olmasa da Azərbaycanın öz  müstəqilliyi uğrunda başlatdığı xalq hərəkatına yardım etmək haqqında düşündürür.

  70 il tərkibində qaldığımız Sovet İmperiyası zamanında xalq olaraq bir an belə olsun içimizdəki azadlıq qığılcımının sönməsinə icazə vermədik. 1991-ci ildə yaranan tarixi şəraitdən istifadə edən Azərbaycan qarşıdakı saysız maneələrə məhəl qoymadan 18 oktyabrda müstəqillik üçün ilk addımı atıb AXC-dən miras qalan üçrəngli bayrağı dalğalandırır. Qara buludların üstümüzdə dolandığı vaxtlarda xalqın köməyinə çatan Ulu Öndər Heydər Əliyev müstəqilliklə bağlı illərlə yaddaşlarda qalacaq bir çıxış edir:

 “ Biz azadıq! Biz müstəqilik! Biz sərbəstik! Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz bunun üçün... Yalnız bunun üçün aylarla əziyyət çəkmək olar... İllərlə əziyyət çəkmək olar. Və bilin,mən Azərbaycanın dövlət başçısı kimi deyirəm. Bundan sonra Azərbaycan heç kəsdən asılı olmayacaqdır! ”

  Mükəmməl iqtisadi imkanları olan Azərbaycan müstəqillik dövründə də ermənilərin 28 il davam edən işğalçılıq siyasətinə baxmayaraq sürətli inkişafa nail olmağı bacarıb. Müharibə şəraitində olan bir ölkənin beynəlxalq konfranslara,yarışlara və önəmli görüşlərə ev sahibliyi etməyi ona olan etimaddan qaynaqlanır. İstiqlaliyyətinin 30-cu ilini yaşasada böyük dövlətlərlə bir sırada yer tutmaq ölkəmizin uğur göstəricisidir.

  2020-ci ilin sonlarında başlayan Vətən müharibəsi uzun illər davam edən işğala son qoymaqla yanaşı haqqımız olan sərvəti bizə geri qazandırır. Qafqazda öz biomüxtəlifliyi ilə seçilən Qarabağın fərqli istiqamətlərdə Azərbaycan iqtisadiyyatına qatacağı müsbət təsirlər artıq indidən özünü göstərməyə başlayıb. 

  Müharibə ərəfəsində xarici mətbuata çoxsaylı müsahibələr verən Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibədə kiçik bir hissə diqqət çəkir. Jurnalist Qarabağın Azərbaycan üçün önəminin səbibini soruşur və bunu təbii resurslarla əlaqələndirir.

“-Bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir. Orada resurslar  var, yoxsa bu, bir rəmzi məna daşıyır ?

-Elzas və Lataringe sizin üçün önəmlidir? Bavarya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu bizim torpaqdır. Beynəlxalq səviyyədə tanınan ərazimizdir. Bu resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir. Biz ədaləti bərpa edirik.”

İlham Əliyevin verdiyi bu tarixi müsahibədə bizim haqlı mübarizəmizin səbəbi açıq-aydın bildirilib. Qarabağın Azərbaycana qatdığı mənəvi dəyər onun iqtisadiyyata verəcəyi müsbət təsirdən dəfələrlə üstündür.




  İşğal dövründə ərazilərə Azərbaycanın icazəsi olmadan giriş etmək qanunsuz sayıldığı üçün beynəlxalq şirkətlər Qarabağda heç bir fəaliyyət göstərmək istəmirdi. Bunun nəticəsidir ki,ermənilərin xəyallarda yaratdığı qondarma Dağlıq Qarabağ Respublikasına rəsmi olaraq heç bir xarici şirkət tərəfindən investisiya yatırılmırdı. Üstəlik işğal tarixindən son günlərədək talançılıq və qeyri-səmərəli istismar nəticəsində regiondakı bütün baza infrastrukturu yox səviyyəyə yendirilib. Bu situasiyaları göz önünə aldığımız zaman Azərbaycan Respublikasının ilk öncə Qarabağda uzun müddətli yenidən qurma işləri aparmalı olduğunu görürük. Füzuli Beynəlxalq Hava Limanında yaxın vaxtlarda gerçəkləşən ilk sınaq uçuşu,bir-birinin ardınca açılışı olunan müəssisələr ölkəmizin bu illər ərzində yenidən qurma işləri üçün hazırlıqlı olduğunun sübutudur.

  Sovet İmperiyası dövründə Dağlıq  Qarabağ düzən Qarabağla və Azərbaycanın digər iqtisadi rayonları ilə sıx əlaqədə inkişaf edib.Müxtəlif istiqamətdə keçən yollar, insanların mədəni yaxınlığı bu əraziləri sosial və iqtisadi cəhətdən bir-birinə möhkəm bağlayıb. Regionda yerləşən müəssisələrin böyük əksəriyyəti fərqli rayonlardan gətirilən xammal, yanacaq və materiallar əsasında fəaliyyət göstərib.

  1985-ci ildə Xankəndidəki iri İpək Kambinatına daxil olan barama xammalının 8%-i Dağlıq Qarabağda istehsal olunurdusa yerdə                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                qalan 92%-i Azərbaycanın digər rayonlarından tədarük edilirdi. 1986-ci ilin statistikasına görə Dağlıq Qarabağ Vilayətinda xarici iqtisadi əlaqələrin həcminin cəmi 0.3%-i , idxalının 1.4%-i Ermənistan Respublikasının payına düşdüyü halda 33.3%-i Azərbaycana aid idi.

  Dəmir və şosse yolları ilə Xankəndi şəhəri  arasında olan sıx əlaqələr həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, həm də Bakı üçün əlverişli şərait yaradırdı. Hal-hazırda bütün nəqliyyat-kommunikasiya sistemlərinin düşmən tərəfindən yararsız hala salındığını nəzərə alsaq bu əlaqələri yenidən inşa etmək regionun gələcək inkişafı üçün vacib rol oynayacaq. Prezident İlham Əliyevin qərarı ilə Füzuli-Şuşa arasında salınan Zəfər yolunun artıq başa çatması, Bərdə-Ağdam dəmiryolu xəttinin yenilənməsi hal-hazırda regionlar arası əlaqələrə verilən önəmi göstərir. 

  Azərbaycan SSRİ-nin tərkibində olduğu dönəmlərdən bu ərazilər üzümçülük, baramaçılıq, pambıqçılıq və heyvandarlığın əsas mərkəzlərindən olmuşdur. İqlimi və relyefinə görə müvafiq olaraq yaylaq və qışlaq rolunu oynaya bilirdi.Nəinki Azərbaycanın hətta digər Sovet Respublikalarının bazarlarına müxtəlif adda məhsulların çıxarılmasında Qarabağın böyük payı var idi.

  İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərovun açıqladığı statistikaya əsasən işğal altında olan torpaqlarda 7 rayon mərkəzi, 6 şəhər, 12 qəsəbə, 830 kənd, 700 xəstəxana və tibb müəssisəsi, 6 dövlət teatrı, 368 klub, 85 musiqi məktəbi, 600 sənaye və kənd təsərrüfatı müəssisələri dağıdılıb, talan olunub, 1 milyon hektardan çox kənd təsərrüfatı sahəsi, o cümlədən, təxminən, 128 min suvarılan torpaq, 35 min hektara yaxın üzüm və meyvə bağları məhv edilərək dövriyyədən çıxarılıb. İşğala qədər ölkə üzrə ÜDM istehsalının 24%-i, üzüm istehsalının 41%-i, kartof istehsalının 46%-i, ət istehsalının 18%-i, süd istehsalının 34%-i həmin rayonların hesabına formalaşıb.Ümumi meşə sahələrinin 25%-i (280 min hektar) işğal altında qalan torpaqların payına düşürdü.  Qeyd  edilən rəqəmlər Qarabağda qurulacaq yaşayış infrastrukturu üçün çəkiləcək xərclərin miqyasından xəbər verir. Ancaq göründüyü kimi işğalın sonlandırılması ilə bölgədə aparılan bərpa işləri iqtisadi potensialın sayəsində daha asan başa gələcək.

  Bölgənin elektrik enerjisində əsas üstünlük su ehtiyatlarının yığımına təsadüf edir. 1976-cı ildə Tərtərçay üzərində inşa edilən Sərsəng SES ermənilərin işğal dövründə fəaliyyətini davam etdirsə də illərlə texniki xidmət göstərilmədiyi üçün hal hazırda istismar vəziyyəti qənaətbəxş hesab edilmir. Stansiyanın bərpa işləri başa çatdıqdan sonra istehsal həcmi artırılaraq ətraf rayonların enerji təlabatını ödəmək üçün istifadə oluna bilər. 


  Bundan əlavə 2016-cı ildə Azərbaycan Respublikası və İran İslam Respublikası  arsında imzalanmış razılaşmaya əsasən Araz çayı üzərində  Xudafərin SES-nın tikintisi davam etdirilir. Böyük potensiala sahib olacaq bu layihə Azərbaycanı illik 368 milyon kVt/saat enerji ilə təmin edə bilər.

  Müharibənin qısamüddətli olması və Azərbaycan hökümətinin təhlükəsizlik zəmanəti verməsi investorları sərmayə yatırmağa daha inamlı edib. Müharibədən dərhal sonra Azərenerji-nin İtaliyanın “Ansaldo Energia” şirkəti ilə azad edilmiş torpaqlarda enerji infrastrukturunun yaradılması barədə müqavilə imzalaması buna misal ola bilər.  

  Faydalı qazıntılarla olduqca zəngin olan Qarabağda artıq müxtəlif beynəlxalq şirkətlər tərəfindən qazıntı və emal işləri aparılır. Bölgədə fərqli növlərdə 155 adda müxtəlif yataqlar mövcuddur.  Bunlar arasında 5 qızıl, 6 civə,2 mis, 1 qurğuşun və onlarla müxtəlif təbii resurslar yer alır. Azərbaycan Prezdentinin sərəncamına əsasən filiz ehtiyatı ilə daha çox fərqlənən Kəlbəcər rayonundaki Qaşqaçay filiz yatağı Türkiyənin  “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə istifadəyə verilib.

Aşağıda verilən cədvəldə rayonlar üzrə hansı faydalı qazıntıların yayıldığı göstərilmişdir.

Rayonun adı

Faydalı qazıntı növü

Ağdərə

Qızıl, qurğuşun, sink, mis, mişar daşı, gəc

Şuşa

Üzlük daşı, gil, tikinti daşı

Xocalı

Gil, üzlük daşı, qum-çınqıl

Xocavənd

Üzlük daşı, tikinti daşı

Kəlbəcər

Qızıl, civə, mişar daşı, gil, perlit, qum-çınqıl, tikinti daşları, üzlük daşları, əlvan daşlar (obsidian, oniks, pefritoid, listvenit)

Laçın

Civə, mişar daşı, üzlük daşı, tikinti daşı, gil, qum-çınqıl, pemza, vermukulit, vulkan külü, əqiq, jad

Qubadlı

Mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daşı

Zəngilan

Qızıl, gümüş, üzlük daşı, əhəng daşı, gil, tikinti daşı, qum-çınqıl

Cəbrayıl

Mişar daşı, gil, qum, sement, gəc, tikinti daşı, kips, ahhidrid, pemza, vulkan külü, əlvan daşlar (yəşəm, xalsədan)

Füzuli

Mişar daşı, gil, qum-çınqıl

Ağdam

Mişar daşı, üzlük daşı, sement xammalı, gil, qum-çınqıl


  Bölgə təbii resurslarla yanaşı turizmin inkişafı üçün çox böyük potensiala sahibdir. Qarabağın füsünkar florası, tarixi, mədəniyyəti dünyanın müxtəlif yerlərindən turistləri özünə cəlb edəcək. Müharibə sonrasında ermənilərin vandallığını nümayiş etdirmək məqsədilə yaradılacaq açıq müzeylər qonaqların mütləq baş çəkməli olduğu məkana çevriləcək. Burada turizmin müxtəlif növləri üzrə xidmətlər göstərilə bilər. Bunlara ekskursiyalar, dağ turizmi, ovçuluq turizmi, müalicə turizmi, su turizmi,elm və ya konqres turizmi, geoturizm , idman turizmi, ekoturizm və başqa istiqamətdə olan növlər daxildir.


  Zəngin su ehtiyatı,elektrik enerjisi,təbii faydalı qazıntılar,sənaye rekreasiyası və turizm  baxımından əvəzolunmaz imkanları olan Qarabağ gələcəkdə geniş tədqiqatlar və araşdırmalar aparılmaqla daha yeni inkişaf modellərini özündə cəmləyə bilər.


Aqil Quliyev-Türk Dünyası İqtisad Fakültəsi-258İ






Starxeber Bizi instagramda izləyin