Göygöldə bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb.
1987-ci il təvəllüdlü Məhərrəmov Azər Qiyas oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, A. Məhərrəmov qayınatası tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.