17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Fəaliyyətim dövründə Azərbaycanda baş vermiş tarixi dəyişikliklərin şahidi oldum” - Alessandro Frakassetti
Sosial 23.09.2021 296

Bu sözləri 23 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə keçirilən vida görüşündə Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMPTİ) rezident nümayəndəsi Alessandro Frakassetti deyib.
Qonaqları salamlayan Bahar Muradova səmərəli və işgüzar xidmətlərinə görə, eləcə də qurumlar arasında ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə BMT rəsmisinə təşəkkürünü bildirib. O qeyd edib ki, zəfər günlərini yaşayan Azərbaycanda tamamilə fərqli bir ab-hava var. Bu müddət ərzində Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsasən öz ədalətli və haqlı mövqeyini ortaya qoydu. 44 gün ərzində ərazilərini işğaldan azad edərək böyük Qələbə qazandı. Ölkəmizdə fəaliyyət göstərən xarici ölkə təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri xalqımız ilə birlikdə tarixi bir an yaşadı: “Bu tarixin yazılmasına Siz də şahidlik etdiniz, çətin günlərdə Azərbaycan xalqının yanında oldunuz və öz öhdəliklərinizdən irəli gələn vəzifələri yerinə yetirməyə maksimum səy göstərdiniz. Artıq Azərbaycan dinc quruculuq, sülh və təhlükəsizlik quruculuğu dövrünə qədəm qoymuş və yeni yüksəliş üçün imkanlar səfərbər olunmaqdadır. Siz buradakı fəaliyyətinizi başa vursanız da, əminəm ki, Azərbaycandakı dəyişiklikləri daim izləyəcəksiniz.”
O, BMT rəsmisinin dünən Bərdəyə və Tərtərə uğurlu səfərinə diqqət çəkərək bildirib ki, bölgələrə səfər edərək, görülən işlərlə yaxından və şəxsən tanış olmaq xüsusi əhəmiyyət kəsb edir. Həyata keçirilən layihələr, xüsusilə vaxtilə təmas xəttinə, indi işğaldan azad olunmuş ərazilərə yaxın bölgələrdə görülən tədbirlər çox vacibdir. Layihələrin davamlı olması üçün biz də öz üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik.
Çıxış edən BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti ünvanına səslənən xoş sözlərdən şərəf duyduğunu bildirərək, Komitə ilə əməkdaşlıq çərçivəsində görülən hər bir işə bağlılığını ifadə edib. O, bu illər ərzində qadınların sosial-iqtisadi imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə mümkün qədər daha çox qadının cəlb olunması üçün bütün səylərini gücləndirdiyini vurğulayıb. Qadınların vəziyyətinin pandemiya və münaqişənin alovlandığı böhran dövrlərində özünü daha qabarıq büruzə verdiyini qeyd edən BMT rəsmisi bildirib ki, bütün çətinliklərə baxmayaraq, qadınların üzləşdiyi problemlərin qarşısının alınmasına birlikdə müvəffəq olduq.
BMT rəsmisi Dövlət Komitəsi ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən vacib layihələr haqqında məlumatları təqdim edib. O, qadınların iqtisadi fəaliyyətinə dəstəyin göstərilməsi, onların iqtisadi və maliyyə bacarıqlarının artırılması, eləcə də gələcəkdə öz bizneslərini qurmalarına dəstək məqsədilə bölgələrdə fəaliyyətə başlayan 9 Qadın Resurs Mərkəzinin 8-nin qeyri-hökumət təşkilatı statusu aldığını, o cümlədən 3 İcma Resurs Mərkəzinin səmərəli fəaliyyətini qeyd edərək, bu cür işlərin davamlı olmasının vacibliyini vurğulayıb. A. Frakassetti həyata keçirilən çoxsaylı layihələrin gələcək üçün geniş imkanlar açdığını və görülən hər bir işin böyük motivasiyaya çevrildiyini bildirib.
O, çıxışının sonunda Dövlət Komitəsinin rəhbərinə və kollektivinə fəaliyyətə başladığı gündən hazırki dövrə qədər uğurlu tərəfdaşlığın verdiyi səmərəli nəticələrə görə təşəkkürünü bildirib.
Daha sonra Bahar Muradova qeyd edib ki, qadınları əhatə edən bütün layihələrin coğrafiyasının bundan sonra da genişləndirilməsi və işlərin tempinin sürətləndirilməsi qarşıda duran əsas məsələlərdəndir. O, bir daha BMT rəsmisinə Azərbaycanda göstərdiyi mühüm xidmətlərinə, eləcə də  həyata keçirilən layihələrin icrasında həm iqtisadi, həm də mənəvi dəstəyinə görə təşəkkürünü bildirib və yeni təyinatında uğurlar arzu edib.
Görüşdə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov, mətbuat katibi Teymur Mərdanoğlu və BMPTİ-nin Proqram şöbəsinin müşaviri Leyla Fəthi iştirak edib.
Sonda xatirə fotosu çəkilib.






Starxeber Bizi instagramda izləyin