"Azərxalça”nın sabiq rəhbərinin cinayət işi məhkəməyə göndərilib

"Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Operativ24.Az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, "Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.


Showxeber Bizi instagramda izləyin



Sosial 20.09.2021 203
Bütün Xəbərlər