"Qarabağ"ın müdafiəçisi zədələnib

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə zədələnib.

"Report"un məlumatına görə, 24 yaşlı müdafiəçi "Sumqayıt"a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının lV tur oyunu zamanı xəsarət alıb.

Onun yerinə 72-ci dəqiqədə meydana Qara Qarayev daxil olub.

Qeyd edək ki, "Qarabağ" hazırda 1:0 hesabı ilə öndədir.


Showxeber Bizi instagramda izləyin



İdman 20.09.2021 147
Bütün Xəbərlər