Rusiyada 21 sentyabr matəm günü elan olunub.
Operativ24.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Perm vilayətinin qubernatoru Dimitri Maksonin açıqlayıb.
O bildirib ki, Dövlət Milli Tədqiqatlar Universitetində baş verən faciə ilə bağlı bütün qurumlarda təhsil prosesləri dayandırılıb:
Qeyd edək ki, Timur Bekmansurov adlı şəxsin tələbələrə atəş açması nəticəsində 8 nəfər həlak olub, 28 nəfər yaralanıb./news24.az