General Bakı merinin müşaviri oldu

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.

Operativ24.Az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, Eldar Əzizovun müvafiq əmri ilə polis general-mayoru Sahib Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müşaviri təyin olunub.

Qeyd edək ki, polis general-mayoru Sahib Mirzəyev bundan əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi olub.

O, ötən ilin iyulunda Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.


Showxeber Bizi instagramda izləyin



Siyasət 20.09.2021 203
Bütün Xəbərlər