Bakıda şöbə müdiri koronavirusdan vəfat edib.
Oxu.Az xəbər verir ki, 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının şöbə müdiri, 70 yaşlı həkim Elbrus Əlili bir müddət əvvəl koronavirusa yoluxub.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumatı Oxu.Az-a xəstəxanadan təsdiq ediblər. Bildiriblər ki, o, pandemiya dövründə koronavirusla mübarizədə yaxından iştirak edib.