ABŞ Yunanıstanla hərbi əməkdaşlıq sazişi imzalayacaq

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq.

Bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib.
O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətindən azad edəcək.

Hökumət başçısının sözlərinə görə, yeni müqavilə ilə ABŞ “əvvəllər olmadıqları yerlərdə” də təmsil olunacaq ki, bu da ölkələr arasındakı strateji əməkdaşlıqdan xəbər verir.

Mənbə: TASS


Showxeber Bizi instagramda izləyin



Dünya 13.09.2021 131
Bütün Xəbərlər