Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında medal qazanıb.
"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal əldə edib.
Qeyd edək ki, bu gün Azərbaycanın 10 sərbəst güləşçisi yarışda mübarizəyə başlayıb.