17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sahil Babayev: “Nazirlik üzrə xidmətlərin üçdə ikisi elektronlaşıb”
Siyasət 4.09.2021 202

“İnzibati icraatın təkmilləşdirilməsinin mühüm amillərindən biri kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 103 xidmət, yəni qurumun xidmətlərindən 2/3 elektronlaşdırılıb. Həmin 103 xidmət bütünlüklə e-ifrastruktur üzərindən göstərilir”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, son illərdə əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində geniş elektronlaşma proqramı icra olunur və bu sahədə mühüm irəliləyişlər var:

“Elektronlaşma proqramı həm məmur-vətəndaş təmaslarının azaldılmasına, idarəçilik və xidmətlərin şəffaflaşmasına, müasirləşməsinə, həm də xidmətlərin operativliyinə və vətəndaşlar üçün daha əlçatan olmasına imkan yaradır.

Son illərdə həm DOST mərkəzlərinin timsalında “vahid pəncərə”dən xidmətlərin göstərilməsi təmin olunub, həm də nazirlik üzrə elektron xidmətlərin dairəsi dəfələrlə genişlənib. Artıq sosial təminat növləri, aktiv məşğulluq tədbirləri, əmək münasibətləri və s. üzrə xidmətlər elektron müstəvidə təqdim edilir”.  

S.Babayev təkcə bu ilin 7 ayında nazirlik üzrə 15 milyon xidmətin elektron şəkildə göstərildiyini, elektron qaydada 400 min arayışın verildiyini deyib:

“Bu müddətdə 120 min pensiya, müavinət və təqaüdün təyinatı e-qaydada həyata keçirilib. Yəni vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yarandığı halda proaktiv şəkildə bu ödənişlər təyin olunub. Bununla da vətəndaşın əvvəllər olduğu kimi hansısa quruma müraciətinə, sənəd toplayıb təqdim etməsinə ehtiyac qalmayıb”, - deyə nazir bildirib.






Starxeber Bizi instagramda izləyin