17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Türkiyə yenidən sərhədlərini turistlər üçün bağlaya bilər
Dünya 28.08.2021 55

Hazırda koronavirusa yoluxma hallarının artdığı Türkiyədə turistlər üçün sərhədlərin yenidən bağlanması və yeni məhdudiyyətlərin tətbiqi istisna edilmir.

 

Bu barədə "Haber Turk” məlumat yayıb.

 

Antalya Ticarət və Sənaye Palatası (ATSO) Şurasının avqustda keçirilən onlayn toplantısında təşkilatın prezidenti Davut Çetin pandemiyaya və genişmiqyaslı meşə yanğınlarına baxmayaraq, Türkiyənin turist axınını yüksək səviyyədə saxlamağı bacardığını qeyd edib.

 

Onun sözlərinə görə, təkcə bu ilin avqust ayında ölkəyə təxminən 2,5 milyon turist səfər edib və bu, 2019-cu ilin göstəriciləri ilə müqayisə oluna bilər. Bununla belə, ilin əvvəlindən etibarən Türkiyəyə gələnlərin sayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə təxminən ikiqat azalma qeydə alınıb: 10,5 milyona qarşı 5,5 milyon nəfər.

 

D.Çetin həmçinin dövlətin virusun yayılmasının qarşısını almaq və turizmi qorumaq üçün kifayət qədər tədbir görmədiyini iddia edir. "Vaksinasiya zəruridir. Xidmət sektorundan, ictimai yerlərdən qaydaların tətbiq olunmasını xahiş edirəm. Əgər bağlanmanın təkrarlanmasını istəmiriksə, daha ciddi tədbirlər görməliyik”, - o deyib.

 

Qurumun məlumatına görə, 2021-ci ilin aprel-iyun aylarında ölkəni 4 milyondan çox turist ziyarət edib ki, bu da ilin birinci rübü ilə müqayisədə 56% çoxdur. Türkiyənin ümumi turizm gəlirinin 75%-i xarici turistlərin payına düşüb. Qalan hissə isə xaricdə yaşayan Türkiyə vətəndaşlarının payına düşür.






Starxeber Bizi instagramda izləyin