17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
"Xankəndinə cəllad Stepan Şaumyanın adını verdilər" - İlham Əliyev
Siyasət 26.08.2021 330

Biz azad edilmiş torpaqlara müntəzəm olaraq xarici qonaqları gətiririk. Jurnalistləri, siyasətçiləri, ictimai xadimləri ki, görsünlər və bilsinlər ki, biz təkcə özümüzü işğaldan azad etməmişik, biz bölgəni erməni faşizmindən azad etmişik. Bu gün bu əraziləri bərpa edərək biz tarixi ədaləti bərpa edirik.

Operativ24.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı çıxışında xalqımızın uzun illər ədalətsizliklərlə üzləşdiyini xatırladıb. “XX əsrin 20-ci illərində xalqımıza iki böyük zərbə vuruldu. Birinci, 1920-ci ildə, ki o vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. İkinci isə 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaranmasının heç bir əsası yoxdur. Nə tarixi əsası var idi, nə coğrafi əsası var idi, nə iqtisadi əsası var idi. Heç bir əsası yox idi. Sadəcə olaraq bizim canımıza bax bu süni bir cisim yeridildi ki, bir canlı bomba kimi orada dursun və vaxtında partlasın. Belə də oldu. 1923-cü il 7 iyul ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Onun da mərkəzi şəhəri bizim Xankəndi qəsəbəmiz olmuşdu. Onun da adını cəllad Stepan Şaumyanın adına verdilər. Stepanakert adlandırdılar, - deyə Prezident İlham Əliyev qeyd edib .

Bununla bağlı söhbəti davam etdirən dövlətimizin başçısı deyib: “Ondan sonra da zərbələr oldu. 40-cı, 50-ci illərdə Ermənistan ərazisindən qədim Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, 80-ci illərin sonlarında erməni separatizmin baş qaldırılması və buna sovet hakimiyyəti tərəfindən reaksiyanın verilməməsi, əksinə, separatistləri təhrik edirdilər. Onların havadarları bizə meydan oxuyurdular”./unikal.org






Starxeber Bizi instagramda izləyin