17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Aktrisadan ailə qurması ilə bağlı xəbərlərə REAKSİYA
Mədəniyyət 20.08.2021 329

“Dünən “ailə qurmağım” barədə xəbərlər oxudum. Açığı yalan yayılan bu məlumata çox pis oldum. Bir media işçisi mənimlə dəqiqləşdirmədən necə bu cür informasiya yaya bilər?!” 

SHOWXEBER.AZ  xəbər verir ki, bu sözləri aktrisa Sevinc Əliyeva sosial şəbəkə hesabında yazıb.  O, evlənmək barədə hələ düşünmədiyini açıqlayıb:

“Məqsədim heç vaxt şəxsi həyatımla gündəmə gəlmək olmayıb. Bunun üçün də addım atmamışam. Hər kəsə bildirmək istəyirəm ki, həyatımda cəmi bir dəfə ailə qurmuşam və həmin nikahdan üç gözəl övladım dünyaya gəlib. Və ikinci dəfə ailə qurmaq barədə fikrim yoxdur. Evlənsəm belə bunu məndən biləcəksiz, xəbər portallarından yox.

İnformasiyada fotosu yerləşdirilən şəxsi isə tanımıram. İzləyicilər arasında olan bir pərəstişkardır. O da rəylərinə tez-tez rast gəlirəm, onun üçün üzü tanış gəldi. Media işçilərindən xahiş edirəm, nə mənim keçmiş həyat yoldaşımın adından istifadə edin, nə də ki, məlumatı dəqiqləşdirməmiş paylaşmayın!”

Qeyd edək ki, ötən gün S. Əliyevanın iqtisadçı ilə ailə qurması barədə məlumatlar yayılmışdı./unikal.org






Starxeber Bizi instagramda izləyin