Ukrayna prezidenti Vladimir Zelenski Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazanmış idmançılarla görüşüb.
Operativ24.Az xəbər verir ki, görüşdə Ukrayna adından çıxış edən, əslən azərbaycanlı yunan-Roma güləşçisi, 67 kq çəki dərəcəsində gümüş medal qazanmış Pərviz Nəsibov da iştirak edib.
Qeyd edək ki, Ukrayna Tokio-2020-də 1 qızıl, 6 gümüş və 12 bürünc medal qazanıb./modern.az