17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Qəhrəman və peşəkar Azərbaycan Ordusu
Siyasət 17.08.2021 68

14 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində “Bəli, əlbəttə, çox çətin bir şəraitdə. Siz indi gedib görəcəksiniz. Onlar altı xətt istehkam qurmuşdular, müdafiə zolağı qurmuşdular və oranı keçmək böyük məharət, qəhrəmanlıq tələb edirdi. Bizim hərbçilərimiz ölümə gedirdilər. Eyni zamanda, o bölgənin coğrafiyası, relyefi də onlar üçün əlverişli idi. Çünki onlar dağlarda yerləşmişdilər, bütün yüksəklikləri götürmüşdülər, biz isə aşağıdan getməli idik. İndi siz Şuşaya da gedəcəksiniz, görəcəksiniz ki, Şuşanın alınması bir möcüzə sayılır.” ifadələri bir daha onu göstərir ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə təkcə Qafqaz regionunda deyil, bütün dünyada böyük əks-səda doğurdu. 

  1. Aparılan döyüşlər noyabrın 10-da Azərbaycanın əzəli və əbədi parçası kimi Dağlıq Qarabağın və ətrafındakı ərazilərimizin  birdəfəlik işğaldan azad olunmasına gətirib çıxardı, Ermənistan ordusunun tam məğlubiyyəti, kapitulyasiyası ilə yekunlaşdı. 44 gün davam etmiş "Dəmir Yumruq" əməliyyatı bütün dünyaya Azərbaycan dövlətinin qüdrətini, ordumuzun nəyə qadir olduğunu nümayiş etdirdi. Ay yarım ərzində rəsmi İrəvanın öz ordusu barədə yaratdığı mifik "məğlubedilməzlik" təsəvvürü kartondan düzəldilmiş daxma kimi uçulub dağıldı.

  2. 44 günlük müharibədə Silahlı Qüvvələrimiz ən müasir hərbi texnologiyadan, kəşfiyyat və zərbə pilotsuzlarından, həmçinin yüksək dəqiqlikli artilleriya silahlarından, Ermənistan ordusunun öncə görə bilmədiyi döyüş üsullarından istifadə etməklə Qarabağ səmasında hakim olduğunu, uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, tamamilə yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya sübut etdi və göstərdi ki, bu, gələcəkdə, ümumiyyətlə, hərb sənətində quru döyüşlərinin taktiki mənzərəsini tamamilə dəyişə bilər.

  3. Vətən müharibəsində ordumuzun qazandığı böyük Qələbədə Şuşanın azad edilməsi isə Azərbaycan hərb tarixinin ən yaddaqalan şanlı səhifələrindəndir. Qoşunlarımızın bölmələri düşmənin gözləmədiyi istiqamətdən müdafiə mövqelərini yararaq təbii relyefinə və coğrafi mövqeyinə görə taktiki cəhətdən alınmaz qala hesab edilən Şuşa şəhərinə istiqamət götürdü, kəşfiyyat və zərbə PUA-larından yararlanmadan, Azərbaycan zabit və əsgərlərinin yenilməz iradəsi, yüksək döyüş ruhu və igidliyi ilə Azərbaycanın mədəniyyət beşiyini noyabrın 8-də düşməndən xilas etməyi bacardı. Həmin tarix ölkə təqviminə böyük Zəfər Günü kimi həkk edildi.

  4. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar dünya hərb dairələrinin diqqətini cəlb etdi və heyrətini doğurdu. Dünyanın güc mərkəzləri ordumuzun Qarabağda nümayiş etdirdiyi döyüş taktikası və istifadə etdiyi yüksək dəqiqlikli hərbi texnika, ən başlıcası isə Azərbaycan əsgərinin mətinliyi və cəsurluğunu hətta ölkəmizi gözü götürməyən hərbi mütəxəssislər, ekspertlər belə etiraf etməli oldular.

  5. 44 gün ərzində ərazilərin azad olunmasında düşmən tərəf dəfələrlə məkrli planlara əl atsa da ordumuz geri durmadı. Yalnız irəli getdi. Düşmənin öz silah sursatlarını qoyaraq qaçması da onu göstərdi ki, Azərbaycan Ordusu yenilməzdir, fəxarət rəmzidir. Ordu korpusları ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Bundan başqa cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində böyük xidmətlər göstərib. Əlbəttə ki, qalib olmaq üçün bacarıqlı hərbçi olmaq, döyüş taktikalarını, düşmənin nələr düşündüyünü təhlil etmək lazım idi. Peşəkarlıq da elə budur. Düşmənin gözlədiyi yoldan deyil, daha çətin və doğru yolla irəliləmək və sonda qalib olmaq. Azərbaycan Ordusu heç bir çətinllikdən qorxmadı. Sonu ölüm, şəhidlik olsa belə torpaqlarımızı azad etmək, Azərbaycana əsrin qələbəsini qazandırmaq kimi missiyanı çəsarətlə yerinə yetirdi. 50 nəfərə yaxın vətən övladı şəhidlik zirvəsinə yüksəlib. Allah onlara rəhmət eləsin. Yaralanan qazilərimizə də şəfalar diləyirik. Böyük qələbəni yurdumuza qazandıran hər bir əsgər öz qəhrəmanlığını göstərməklə gənc nəsil üçün bir örnək yolu keçib. Onların qəhrəmanlıq yolu uşaqlar, gənclər üçün mübarizlik məktəbidir. Qalib Azərbaycanın vətənpərvər övladları dünyaya göstərdilər ki, ədalətin bərpa edilməsi yolunda hər cür fədakarlığa hazırdırlar.

  6. Aslan Mehdiyev

  7. Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Qarabağ müharibəsi veteranı







Starxeber Bizi instagramda izləyin