Əməkdar artist Elza Seyidcahanın oğlu Əliəkbərin doğum günüdür.
operativ24.az xəbər verir ki, ifaçı bu münasibətlə oğlunun fotolarını sosial şəbəkə hesabında paylaşıb. Əməkdar artist paylaşımına bu şərhi verib:
"Bu gün mənim qarabalamın doğulan günüdür. Əliəkbər balamın anadan oan günü... Elə bu saatlarda Ələkbərim Allahın izni ilə yaradılan ışıqlı dünyaya göz açdı. Nə yaxşı ki, gəldi. Həm qardaşım, həm yol yoldaşım, həm sənət dostum, həm sirdaşım, zəhmətkeş, tərbiyəli,saf qəlbli kişi oğlum. Min şükürlər olsun Allahın bu günlərinə gəlib çatmışıq. Sağlam, mehriban . Allah səni həmişə xoşbəxt eləsin. Nə istəylərin var, İnşallah hamısı həyata keçsin. Gözü dolusu görəsən bütün gözəllikləri müdrüklıklə, salehliklə, ağılla, bəxtlə... Amin"