17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 29.06.2019 255

Sumqayıt Apellyasiya Məhkəməsində seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Dəyanət Comərdovun apellyasiya şikayətinə baxılıb.

Hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, D.Comərdovun apellyasiya şikayəti təmin ediləyib. İttiham aktına əsasən, D.Comərdov ötən il iyunun 30-da gecə saatlarında Sumqayıt şəhərində kirayə yaşadığı mənzildə baldızı, 4 yaşlı Ceyran Məmmədovaya (ad soyad şərti) qarşı seksual xarakterli hərəkətlər edib.



Belə ki, gecə sərxoş vəziyyətdə olan D.Comərdov azyaşlı qızın köməksiz vəziyyətindən istifadə edib, ona təcavüz edib. Təqsirləndirilən D.Comərdov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. Onun sözlərinə görə, qayınatası ilə birgə kirayə yaşadığı mənzilə qayıdanda polis əməkdaşları tərəfindən saxlanılıb:

"Mən Ceyrana qarşı əxlaqsızlıq etməmişəm. Bu böhtandır. Böhtanı da mənə qarşı qonşuluqda yaşayan Zaur adlı şəxs edib. Onun arvadım Zöhrə ilə yaxın münasibəti olub. Məhkəmədən barəmdə ədalətli qərar çıxarmasını xahiş edirəm”.

Məhkəmədə dindirilən 4 yaşlı qızcığaz Dəyanətin ona yemək, şirə aldığını, ona qarşı heç bir pis hərəkətə yol vermədiyini deyib: "Zaur gəlib soka araq qatdı. Amma mən içmədim. Dəyanət mənə heç nə etməyib. Zaur edib. Həmin vaxt Zöhrə evdə yox idi. Polisdən qorxduğum üçün Dəyanətin adını çəkmişəm”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Comərdov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellasiya şikayəti verib.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
///Unikal.org






Starxeber Bizi instagramda izləyin