Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Mübariz Quliyev vəzifəsindən azad edilib.
Unikal.org-un məlumatına görə, bununla bağlı, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, işdən çıxarılan M.Quliyev sərəncama götürülüb.
Xəbəri Cəlilabad RPŞ-dən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov ötən ilin dekabr ayında həbs edilib.
Seymur Əli