17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Dünyanın ən böyük təkər zibilliyində yanğın baş verib
Dünya 3.08.2021 408

Küveytdə dünyanın ən böyük təkər tullantıları poliqonunda yanğın baş verib.

OPERATİV24.AZ xəbər verir ki, yanğın vaxtında söndürülməzsə, bu, ölkə üçün ekoloji fəlakətə səbəb ola bilər.

Qeyd edək ki, Sulabiyə şəhərindəki zibillik 600 min kvadratmetr sahəni əhatə edir. Burada təxminən 52 milyon ədəd istifadəyə yararsız təkər saxlanılır.

Dünyanın ən böyük təkər tullantıları mərkəzinə təkcə Küveytdən deyil, həm də Pakistan, Hindistan və Malayziya kimi bir çox yerlərdən istifadə olunmuş şinlər gətirilir.

Küveyt hökuməti artıq 30 ilə yaxındır ki, fəaliyyət göstərən poliqonun gələcək taleyi barədə qərar qəbul etməkdə çətinlik çəkir. Zibillikdə mütəmadi olaraq yanğınların baş verdiyi və nəticədə, planetimizin atmosferinə külli miqdarda toksik maddələrin buraxılır.

Avropa ölkələrinin atmosferə zərərli tullantıların səviyyəsini aşağı salmaq istiqamətindəki səyləri fonunda Küveytdəki təkər zibilliyindəki mənzərə, yumşaq desək təəssüf doğurur. //Oxu.az






Starxeber Bizi instagramda izləyin