17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Pandemiyadan qurtulmaqda vaksinasiyanın alternativi yoxdur
Siyasət 3.08.2021 320

Bəşər övladı insanın təbiətlə mübarizəsi haqqında da eşidib, böyük epidemiyaların aradan qaldırılmasında aparılan mübarizələr haqqında da. Bilir ki, dünyada böyük insan ölümünə səbəb olan epidemiyalar və pandemiyalar az olmayıb. Tarixin müxtəlif dönəmlərində yayılan belə bəlalara qarşı zəruri tədbirlər görülüb. Bəzən dünya miqyasında aparılan belə mübarizələr dünyanın nə səviyyədə təhlükə ilə üz-üzə qaldığını da xatırladır.
Bizim eranın 164-cü illərində Çində başlayan XIV əsrin ortalarında Avropanı bürüyən vəba epidemiyaları, XV əsrdə Amerikada çiçək xəstəliyi, XVI əsrin sonlarında Meksikada yayılan səpmə yatalağı və s. kimi epidemiyalara qarşı dünyəvi mübarizələr həm təbabətin inkişafında olduqca gərəkli mərhələ oldu, həm də bəşəriyyətə belə qlobal problemlərlə hansı formada, hansı formatda və necə mübarizə aparmağın metodologiyasını öyrətdi. 2019-cu ildə başlayan və böyük sürətlə dünyaya yayılan COVID-19 pandemiyasına qarşı aparılan mübarizə Ümumdünya Səhiyyə Təşkilatının ümumi nəzarəti altında aparılsa da, hər dövlət özünəməxsus mübarizə üsul və vasitələrdən istifadə edir.
COVID-19 respublikamızda yayıldığı ilk vaxtlarda Azərbaycan Respublika­sının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində əhaliyə səhiyyənin tövsiyələrinə, dövlətin müəyyənləşdirdiyi mübarizə şərtlərinə ciddi əməl etməyin zəruriliyini tövsiyə etdi. Ölkə başçı­sının “Biz birlikdə güclüyük!” xatırlat­ması pandemiyaya qarşı mübarizədə ictimiyyətin də mübarizə sistemində mühüm şərt, böyük güc olduğunu xatır­latdı. Xalq möhtərəm Prezidentimizin bu tövsiyəsinə də ciddi əməl etdi.
Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il yanvarın 30-da “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi.
Pandemiya yayıldığı ilk vaxtlardan respublikamızda dövlət səviyyəsində ciddi, olduqca gərəkli, dünya dövlətlərinə nümunə olan tədbirlər həyata keçirildi. 2020-ci il fevralın 27-də COVID-19 pandemiyasının qarşısının alınması, fəsadlarının yayılmaması, müvafiq profilaktik tədbirlərin hazırlan­ması və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı. Qərargah həm pandemiya­nın yayılma səbəbləri ilə bağlı əhalini maarifləndirir, tətbiq edilən mübarizə üsullarının mahiyyətini izah edir, həm də əhalinin əzmini, iradəsini mübarizə şəbəkəsinin ən güclü hissəsi olduğunu insanlara xatırladırdı.
COVID-19 pandemiyasına qarşı aparılan mübarizədə ölkəmizdə bir sıra gərəkli tədbirlər həyata keçirildi ki, bunların sırasında yüksək səviyyədə təchiz edilmiş 20-dən çox xüsusi modul xəstəxananın yaradılması, bəzi xəstəxanaların bu pandemiyanın qar­şısının alınması üçün uyğunlaşdırlması böyük əhəmiyyət kəsb edirdi.
Bütün dövrlərdə pandemiya və epidemiyalarda mübarizələrin son və qəti məqsədi bu xəstəliklərə peyvənd tapılması olub. COVID-19 pandemiya­sına qarşı mübarizə də peyvəndlərin tapılması və tətbiqini zəruriləşdirmişdi. Bir çox dövlətlərdə müxtəlif şirkətlər pandemiyaya qarşı müxtəlif peyvəndlər hazırlanmasına başladı və Beynəlxalq Səhiyyə Təşkilatı tapılan vaksinlərin bəzilərini dünya dövlətlərinə təklif etdi.
Bütün istiqamətlərdə dinamik inkişaf iqtisadi inkişafdan asılıdır. Azərbaycan Prezidenti İlham Əliyev COVID-19 pan­demiyasından hələ çox əvvəl demişdi: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır”. Tarix təsdiqlədi ki, Prezidentimizin qətiyyətlə dediyi bu fikir həyati tezisdir. Azərbaycan Ordusu Vətən müharibəsində güclü olduğunu birmənalı şəkildə təsdiqlədi.
COVİD–19 pandemiyasına qarşı mübarizə də uğurla başa çatacaq, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işləri də uğurla yekunla­şacaq, otuz ildən bəri doğma yurdların­dan didərgin düşmüş insanlar ev-eşiyinə qayıdacaqlar. Prezident İlham Əliyevin dediyi kimi, “Bu gün buraya bu torpaqla­rın sahibləri kimi qayıtmışıq, azad edil­miş bütün torpaqlarda Azərbaycan bay­rağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dal­ğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik”.
Vətən müharibəsində zəfər çalan xalqımız pandemiya ilə mübarizədə də qələbə qazanacaqdır. Burada vaksinasi­yanın alternativi yoxdur.
Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşmaların və ölüm hallarının qarşı­sını alan təhlükəsiz vasitədir.
COVID-19 pandemiyası ilə mübarizə hələ başa çatmayıb. Digər dövlətlər kimi, Azərbaycan da bu mübarizədə vaksinasiyanın aparılması mərhələsindədir. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında CO­VID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizin da­xil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vak­sin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.
Dünya dövlətlərinin hamısı bu və ya digər səbəblərdən bu prosesə opera­tiv başlaya bilmədi. Azərbaycanda bu mühüm mərhələyə vaxtında və çox ciddi diqqət yetirildi. Ölkə başçısının “Bizim üçün prioritet məsələ, – mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, – insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir” kəlamları dövlətin apar­dığı siyasətin başlıca istiqamətinin göstəricisidir. Bu kəlamın həyatiliyi Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ilk ölkələr sırasında olmasını təmin etdi.
Vaksinasiya prosesi pandemiyaya qarşı mübarizənin ən həssas və ən məsuliyyətli dövrüdür. Bu prosesin uğur­la başa çatması COVID-19 pandemiyası ilə mübarizənin yekunlaşma, bəlkə də başa çatdırılma mərhələsidir.
COVİD-19 pandemiyasına qarşı mübarizədə dövlətin ən yaxın köməkçisi xalq olmalıdır. Bu elə bir mübarizədir ki, burada hamı iştirak etməlidir. Özünüzün və ətrafdakıların virusa yoluxması­nın qarşısının alınmasında ən etibarlı vasitələrdən biri peyvəndlənmə – vak­sinasiyadır. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir.
Mütəxəssislərə görə, 2-ci doza­dan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, auto­immun xəstəlikləri olan şəxslər) 3-cü doza vaksin vurulması məqsədəuyğun hesab olunur. Qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər.
Əminik ki, əhali dövlətin bu istiqamətdə apardığı siyasətin də uğurla başa çatmasında əsl vətəndaşlıq möv­qeyi göstərəcəkdir.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı






Starxeber Bizi instagramda izləyin