17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
"Toylar əvvəlki qaydada bol göstərişlə davam edir" - TURAN İBRAHİMOV
Maqazin 24.07.2021 238

"Bəs deyirdiniz pandemiya dərs oldu, bir daha toylarda əvvəlki göstəriş və israfçılıq olmayacaq? Toylar müğənnilərin paradına çevrilməyəcək. Yalan imiş hamısı. Toylarımız əvvəlki qaydada, bol israflı və bol göstərişli şəkildə, qaldığı yerdən, tam sürətlə davam edir".

SHOWXEBER.AZ  xəbər verir ki, bu sözləri aparıcı Turan İbrahimov sosial şəbəkədə yazıb. O, toylarda yenə də əvvəlki kimi çox müğənnilər olduğundan, israfçılığa yol verildiyindən bəhs edib. 

 Turanın yazdıqlarına müğənni Murad Arif də reaksiya verib. İfaçı aparıcının dedikləri ilə razılaşmadığını bildirib:

"Zamanla düzənə düşəcək. 100-150 nəfərlik məclis ənənələri məsrəfi əslində azaldıb. Sadəcə, əvvəlki niyyət, dəbdəbə ilə 150 nəfərlik məclis keçirdirlər. Zaman lazımdır ki, o dəbdəbəni azaltsınlar, lazımsız, izafi, xərcləri azaltsınlar, bir məclisə 6 müğənni deyil, 2-sini çağırsınlar, 500 nəfərlik salonları deyil, 100 nəfərlik salonları icarə etsinlər. Düzəlib artıq. Demək 2-3 məclis vardı ki, pandemiyadan öncə 5-6 müğənniylə planlanırdı. Məkan da dəyişdi, dekor da, məsrəf də, müğənni də mənim ansamblım və cəmi 1 ulduz qonaq. Yəni, proses gedir. İstisnalar da var təbii... Düşünürlər ki, hər şeyə rəğmən əvvəlki ssenariylə edəcəm. Pulum var, bircə balamdır... Amma gedişatda bu özünü doğrultmur. İstər-istəməz 2 il sonra eyni adam başqa cür istəyəcək. Baxırsan ki, 100 nəfərlik qonaq üçün şou-proqram düzüb. Yersiz görünür".
 
T.İbrahimov isə qarşı tərəfə "Çətin düzəlsin. Amma hər halda bu özü də bir növ sənayedi, adama təsəlli verən bircə odur. Sən deyirsənsə, elədir, qardaş. Sən mənim üçün mötəbər mənbəsən. Özüm şahid olduğum toylarda isə hər şey əvvəlkindən də betərdir" cavabını verib. //Axşam.az






Starxeber Bizi instagramda izləyin