17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Bu gün Ramiz Əzizbəylinin vəfatından 40 gün ötür...
Mədəniyyət 19.07.2021 319

“Dost itkisi ağırdır, onun yoxluğu ilə barışmaq olmur, amma bir təsəllim var ki, Ramizin adı sənət aləmində hər zaman yaşayacaq”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor Natiq Fərzəliyev ölümündən 40 gün ötən mərhum Xalq artisti Ramiz Əzizbəylini yad edərkən deyib.



Aktyor sənət dostunun nakam arzularından da söz açıb:

“Xəstə olan vaxtlarında tez-tez ziyarətinə gedirdim. Deyirdi, Natiq, qoy sağalım, ayağa durum, borcundan çıxacam, bir film çəkəcəm, o filmdə sənə yaddaqalan bir rol verəcəm, amma qismət olmadı.

Yaradıcılıq enerjisi açıb-daşırdı, yeni filmlər çəkmək arzusu ilə yaşayırdı. Əsində danışığında olan problem də aradan qalxmışdı, yeriyirdi, sağalırdı, amma birdən-birə səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi. Arzularını özü ilə məzara apardı. Çox baməzə insan idi, o qədər xatirələrimiz qalıb ki, xatırladıqca qəhərlənirəm. Yubileyim idi, dostlarla birgə yığışıb gəldilər ki, bərabər qeyd edək. Rəhmətlik xətrimi çox istəyirdi. Yaddaqalan bir yubiley oldu, məclisdə bir mahnı da oxudu: ” Kimlər gəldi, kimlər getdi, bu dünyadan, bu dünyadan”.

İndi baxıram ki, həqiqətən də bu sənət dünyasından nə qədər sənətkarlar köç etdi. Ramiz Əzizbəyli də onlardan biri, yeri hər zaman görünəcək”.

Cəvahir






Starxeber Bizi instagramda izləyin