17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
"Məni şantaj edirdi" - Pərvin keçmiş nişanlısı haqda - VİDEO
Maqazin 19.07.2021 268

"Ailəm erkən yaşda ailə qurmağımı istəyirdi. Anam təkid etdi. Xəstə ruhlu insan idi. Həmin oğlan yaşına qədər yalan danışmışdı. Bir gün onun yalanları üzə çıxandan sonra anam dedi ki, istəmirəm ailə qurasız. Bu dəfə də mən tərslik etdim. Dedim, ayrılmıram. Sonra qara günlərim başladı".

SHOWXEBER.AZ xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Onun sirri" verilişində deyib. O, keçmiş nişanlısından bəhs edib:

"3 il məni şantaj etdi. Qorxurdum ailəm onun dediklərinə inanar. Nevroz xəstəliyi tapdım. Travmalar yaşadım. Mən də nişanlılıq dövrünü keçmişəm. Kim deyirsə, əli əlimə dəyməyib, boş söhbətdir. Məni ailəmlə hədələyirdi, qorxurdum. İşə girdim. Özümə telefon aldım. Onun bilməyini istəmirdim. Yolda telefonla danışdığım yerdə gəlib telefonu əlimdən alıb qaçırdı. İş yerimə gəlib, şantaj edirdi. Qışqırırdım, özümü yerə çırpırdım. Evdəkilər işə gedirdi, tək qalırdım. Səhər onlar işə gedəndən sonra gəlib ev telefonunun xəttini ayırırdı. Qapını üstümə bağlayıb gedirdi. Evdəkilər gəlməzdən əvvəl də gəlib açıb gediridi. 58 kiloqramdan 47-yə düşdüm. Həkimə getdim. Nə müalicə etsəm xeyri olmurdu. Məni atamla hədələyirdi. Qohumlarımla görüşürdü, iş yerimdə mənə böyük problemlər yaratdı. Bir dəfə bir qohumumuzun evinə getdi. Ona dedilər ki, bu qızı bir də narahat etsən, sənə ətək geyindirib şəhərdə gəzdirərik. Mənə dedi ki, daha səni narahat etməyəcəm. Həbsə düşdü. Sonradan bildik ki, başına oyun açdığı tək mən deyilmişəm. Rusiyada həbs həyatı yaşadı. Azərbaycana gəldi, evləndi. Bir gün onun xanımı məndən kömək istədi. Külqabı ilə başını yarmışdı. Ona dedim ki, sənin yaşadıqlarının hamısını yaşamışam. Polisə get, şikayət et. Mən sənin arxanda dayanaram. Amma qız bu qədər şeydən sonra onunla evləndi. Bir oğlu da var"./unikal.org






Starxeber Bizi instagramda izləyin