“Azərbaycanda qara qüvvələrlə məşğul olan çox güclü mütəxəssislər çoxdur" - Enerji uzmanı Nilufər Mansurova

Bugünkü müsahibimiz hazırda Almaniyada yaşayan, dünyaca məşhur azərbaycanlı enerji mütəxəssisi, FNF Transformasiya Akademiyasının təsisçisi və rəhbəri, Transformasiya və Biznes Kouç, Spiritual Kouç, Quantum Transformation Master, 20-ci dərəcəli Reiki Grand Master, 9-cu dərəcəli Reiki Right Hand Path Grand Master, Access Consciousness Facilitator (BF), Sinerqoetika masteri, NLP master, EFT və TFT Tapping mütəxəssisi, hipnoterapevt (RTT üzrə mütəxəssis) və 400-ə yaxın enerji proqramının master-müəllimi Nilufər Mansurovadır. Hazırda ikinci ixtisas olaraq "kliniki psixologiya” oxuyan Nilufər Mansurovanın ilk ixtisası isə İngilis dili müəllimidir. O, universitet müəllimi olmaqla yanaşı, beynəlxalq tədris mərkəzinin həm direktoru, həm də tədris bölməsinin rəhbəri, o cümlədən, CEFR Examineri və TESOL, TEFL təlimçisi olub. Bundan başqa, o, beynəlxalq psixoloji mərkəzin (AF Mərkəz) idarə heyətinin üzvü və təlim koordinatorudur.

 

- Nilufər xanım, enerji mütəxəssisi kimdir? 

- Bu, mənə ən çox verilən suallardan biridir. Buna cavab vermək üçün öncə onu qeyd edim ki, enerji hər yerdədir və enerji hər şeydir. Lakin enerji bəzi insanlara yaxşı təsir etdiyi halda, digərlərinin həyatını məhv edə bilir və sırf buna görə enerjini balanslaşdırma sistemləri var. Və məhz bu enerjiləri idarə edə bilən, neqativ enerjini pozitivə çevirən və enerjiləri özündə və başqalarında düzgün idarə edə bilən mütəxəssisə enerji mütəxəssisi deyilir. Lakin danılmazdır ki, Kainatda enerjilər və enerji sistemləri həddindən artıq çox və fərqlidir və bu enerjiləri görə və idarə edə bilən insanlar da həyatın kontrolunu əlinə alır.

 

- Siz hansı enerjilərə sahibsiniz?

- Enerjilərə sahib olmaq yox, enerji kanallarına qoşulmaq olur. Bu kanallara uyumlanaraq həmin enerjiləri idarə etmə haqqı qazanırsınız. Bunu təsəvvür etmək üçün radio dalğalarını xatırlayın. Bu dalğalara qoşulmaq üçün mütləq radio qəbulediciniz olmalıdır. Bundan sonra siz hansısa radio stansiyanı dinləmək üçün uyğun tezliyə qoşulmalısınız. Enerji mütəxəssisləri də radio qəbuledici ilə eyni rolu oynayır. Müəyyən dalğaları düzgün yönəltməkdə kömək edir. Bu zaman mütəxəssis sadəcə vasitəçi rolunu oynayır. Yəni enerji onun bədənindən keçərək pasiyentə yönəldilir. Kimisi sağlamlığı, psixoloji problemlərinin həlli üçün, kimisi də maddi vəziyyətini düzəltmək üçün bu enerji kanallarına müraciət edir. Hazırda bu tip 400 kanalla işləyirəm. Bunlar əsasən ruhsal sağlıq üçündür. Hətta onkoloji xəstəlikləri şəfalandıran enerji kanalları ilə işləyirəm. Burada peşəkarlıq çox vacibdir. Çünki yalnız doğru istifadə olunduqda bu enerjilər şəfalanmaya, möcüzələrə səbəb olur. 

 

 

- Bunları necə əldə etmisiniz? 

- Öz ixtisasım tam ayrı olsa da, 14 ildir fərdi inkişafla məşğulam.

2006-cı ildə görmələrim olurdu, lakin bunun nə olduğunu anlamırdım. İçimdə bir axtarışa başladım və 2007-ci ildən başlayaraq yoqa, meditasiya, hipnoterapiya, praktik psixologiya, NLP, Daos meditativ texnikaları ilə məşğul olmağa başladım.

 2015-ci ildə isə həyatımda çox ağır bir dövr başladı. Nevropatoloq, psixoloq, psixiatr və daha kimlərə müraciət etmədim. Hərəsi özünəməxsus bir "diaqnoz" qoymağa çalışsa da, heç biri mənə kömək ola bilmədi.

 

Mən isə bunun sadəcə "Kundalini Oyanışı" olduğunu anlamamışdım. Bax elə o zaman anladım ki, enerjiləri idarə edə bilməsək, onlar hətta öldürücü ola bilər.

 

Bir neçə il əvvəl isə şüuraltı ilə işləməyə başladım. Hər gün araşdırma edirdim, fərqli seanslar alırdım və Reiki seansı aldıqdan sonra qərar verdim ki, mən bu elmi öyrənməliyəm.

 

Lakin dərhal olmadı, Reiki yalnız tələbə ona hazır olanda gəlir. İlk enerji ilə tanışlığım onda oldu və o zaman anladım ki, illərdir içimdəki axtarışın cavabı bu imiş...

 

Bir az sonra tələbələrimin təqidi ilə Reiki və Mindfulness mövzusunda marafonlar etməyə başladım və birdə baxdım ki, artıq 5000-dən çox iştirakçımız var, Azərbaycan dilində Reiki kitabının müəllifiyəm və akademiyamızın artıq 100-dən çox məzunu var.

 Hazırda isə ixtisasımı dəyişib klinik psixologiya üzrə təhsil alıram.

Bununla bahəm, hər gün bir yeni enerji uyumlaması, yəni sizin deyimlə desək - enerji sistemi alıram.

Dünyada yalnız 7 mütəxəssisdə olan transformasiya açarlarına sahibəm və bunun üçün özümü çox şanslı hesab edirəm. 

 

- Bu enerjilər sizə hansı gücü verir?

- Mənə ən çox verilən suallardandır ki, bu qədər enerjiyə necə dözürsünüz. Məsələ neçə enerji kanalımızın olmağı deyil, onlardan necə istifadə etdiyimizdir. Misal üçün, 3-cü gözümün açıq olması yetmir, bunları tamamlayacaq elmi əsaslar və təcrübə olmalıdır. Ümümiyyətlə, enerjilər insanın həyatını çox dəyişir, tam başqa bir insana çevrilirsiniz. Məndə isə həm də fərqli qabiliyyətlərimi üzə çıxarıb. 


Şəfaçı deyəndə insanların ağlına nə gəlir bilmirəm, amma mən sahib olduğum enerjilərlə insanların daha çox ruhunu, energetik bədənlərini və aurasını müalicə edərək onların maddi vəziyyətini,  sevgi və münasibət durumunu, psixikasını və fərqli xəstəliklərini müalicə edə bilirəm.

 

- Əsasən hansı problemlərlə müraciət edənlər olur?

- Xəyanət, xəstəliklər, maddi blokajlar və narkomaniya...

Mən əsasən qadınlarla işləyirəm. Onların əsas problemi daha çox sevgi, münasibət, maddi blokajlar, sonsuzluq, travmalardan arınıb quracaqları münasibətin daha da möhkəmlənməsi olur. Son vaxtlar isə daha çox xanımlar övladları və ya həyat yoldaşlarının psixikasında yaranan problemlə və narkotik istifadəçisi olduqları üçün müraciət edirlər.

 

- Azərbaycanın və ya azərbaycanlıların enerjisi digər ölkələrdən, insanlardan nə ilə fərqlənir?

- Azərbaycan da hər yerdə olduğu kimi kontrastlar ölkəsidir: qara qüvvələrlə məşğul olan çox güclü mütəxəssislər də çoxdur, bütün bu qüvvələrin qarşısını alıb şəfalandıracaq çoz güclü şəfaçılar da az deyil. Mənə ən ağır pasientlər ya Azərbaycandan, ya Skandinaviya ölkələrindən, İtaliyadan, ya da Hindistandan müraciət edir. Azərbaycan - energetik olaraq dünyanın ən güclü yerlərindəndir.

 

- Sizə kimlər müraciət edə bilər?

- Hazırda böyük bir təlim hazırlayıram. Burada - Quantum, enerjilər, şüuraltı oxuma və proqramlama, psixologiya, psixosomatika, hipnoz və azərbaycanlı tələbələrimin ən çox verdiyi sual - Entiti (varlıq) təmizliyi ilə bağlı dərslər olacaq. Və bu vaxtımı çox aldığı üçün çox limitli sayda pasiyentlə məşğul ola bilirəm. Amma bir atalar sözünü də unutmayaq: sağalacaq xəstənin həkim ayağına gələrmiş. Mənimlə də yolları kəsişən hərkəs tam bunu deyir. Əgər bu yazını oxumusunuzsa belə, deməli, sizi hansısa bir enerji mənə gətirib. 


Həyatını dəyişdirmək, münasibətlərini şəfalandırmaq, onkoloji, diabet, əzələ və sümük xəstəliklərindən əziyyət çəkənlər, fərqli psixozlar, obsessiyalar və nevrotik durum yaşayanlar və asılılıqlardan azad olmaq, maddi blokajlardan qurtulmaq istəyən və ümumiyyətlə, hər kəs müraciət edə bilər. Lakin qeyd etməliyəm ki, seans üçün ən az 2 həftə öncədən müraciət etmək mütləqdir.


Showxeber Bizi instagramda izləyin



Maraqlı 18.07.2021 457
Bütün Xəbərlər