17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Koronavirus epidemiyası bitməmiş ABŞ-da yeni “Meymun çiçəyi virusu” meydana çıxıb
Dünya 17.07.2021 402

Koronavirus epidemiyası bitməmiş ABŞ-da yeni virus - “Meymun çiçəyi virusu” meydana çıxıb.

OPERATİV24.AZ  xəbər verir ki, virusun 9 iyulda Nigeriyadan Dallas Hava limanına uçan ABŞ vətəndaşında aşkar edildiyi açıqlanıb.

Səlahiyyətlilər bildirir ki, sərnişinlər koronavirus epidemiyası səbəbiylə təyyarədə maska taxdıqları üçün sözügedən virusun yayılma riski azdır.

İlk dəfə 1950-ci illərdə laboratoriya mühitindəki meymunlarda aşkarlanan, tənəffüs yollarından keçən və insandan insana keçə bilən “Meymun çiçəyi virusu”na ABŞ-da təxminən 20 ildir rast gəlinmirdi.

7-14 gün arasında simptomlarına inkişaf edən virusun əlamətləri yorğunluq, baş ağrısı, yüksək temperatur və əzələ ağrıları daxildir. 2003-cü ildə nəzarətə götürülən virus üçün xüsusi müalicə və ya peyvənd yoxdur.

Qeyd edək ki, Böyük Britaniyada da iki nəfərdə eyni virus tapılıb.

Hər iki xəstə eyni ailənin üzvü olan xarici vətəndaşlardır. //Sherg.az.






Starxeber Bizi instagramda izləyin