Saatlı rayonunda gənc oğlan suda boğulub.
OPERATİV24.AZ-ın məlumatına görə, rayonun Potubəyli kənd sakini, 2004-cü il təvəllüdlü Azadov Ramin Vahid oğlu Mil-Muğan kanalında çimərkən boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./manşet.az