Haiti prezidenti Jovenel Moiz iqamətgaha edilən hücum zamanı öldürülüb.
OPERATİV24.AZ xəbər verir ki, bu barədə məlumatı “Gazette Haiti” portalı ölkənin baş naziri Klod Jozefə istinadən yayıb.
Hökümət başçısı deyib ki, bir qrup naməlum şəxs ötən gecə saat 1 radələrində dövlət liderinin iqamətgahına hücum edib.
Hücum edənlərdən bəziləri İspan dilində danışırmış.
Mənbə prezidentin həyat yoldaşının yaralandığını deyib.