17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Səbinə Xasayeva Xocəsən bələdiyəsində vətəndaşları qəbul edib
Siyasət 6.07.2021 222

 

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə  deputat Səbinə Xasayeva Binəqədi  rayonun Xocəsən bələdiyyəsinin inzibati binasında karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşların qəbulunu keçirib.

          Deputat fərdi qaydada seçiciləri qəbul etmiş, onların problemlərini dinləmişdir. Seçicilər tərəfindən qaldırılan məsələlər araşdırılması və müsbət  həlli üçün aidiyyatı qurumlara göndərilməsi məqsədi ilə qeydiyyata alınıb.

        Keçirilən qəbulda iştirak edən vətəndaşlar əsasən Xocəsən bələdiyyəsinin ərazisində yerləşən qəsəbələrdə, yeni yaşayış massivlərində kanalizasiya sistemlərinin yenidən qurulmasının, əhalinin gündəlik içməli su təminatında fasilələrə yol verilməsinə son qoyulmasının, məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının,  fərdi evlərin sənədləşdirilməsinin, fərdi evlərin tikintisi üçün vətəndaşlara  torpaq sahələrinin ayrılmasının, əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının, vətəndaşların sosial təminatının yaxşılaşdırılmasına diqqət və qayğının yüksəldilməsinin, Qarabağ  şəhidlərinin  adlarının əbədiləşdirilməsinin və  digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.

      Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

    Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov və Binəqədi rayon İcra hakimiyyəti başçısının Xocəsən  qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev  iştirak etmişlər.



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin