17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Səbinə Xasayeva Korgöz qəsəbəsində bir qrup vətəndaşı qəbul edib.
Siyasət 6.07.2021 1 156

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonunun Korgöz qəsəbəsində karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı fərdi qaydada qəbul etmiş, onların problemlərini dinləmişdir.
      Keçirilən qəbulda iştirak edən vətəndaşlardan Nübar Bayramova, Günel Abdullayeva, Ülviyyə Əhmədova, Asiya Babayeva, Səmayə Nəsirova, Aybəniz Ağayeva, Rəhimə Nəzərova, Ayşən Yusifova. Aybəniz Qubadova, Ədilə Həsənova və Dilşad Mütəllimova məhəllədaxili yolların asfaltlaşdırılmasının və küçə işıqlarının quraşdırılmasının, bütün fərdi evlərə telefon və elektrik xətlərinin çəkilişinin başa çatdırılmasının, dayanaqlı yüksəksürətli internet və çoxçeşidli rabitə xidmətlərinin təşkili məqsədilə yeni texnologiyalar əsasında fiber-optik internet xətlərinin çəkilməsinin, əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının, mövcud kanalizasiya xətlərinin yenidən qurulmasının, yeni tikilmiş yaşayış evlərinin kanalizasiyalarının mərkəzi kanalizasiya xətlərinə qoşulmasının, fərdi evlərin sənədləşdirilməsinin, Korgöz daş karxanasının Qaradağ rayonunun və xüsusilə Korgöz qəsəbəsinin ekologiyasına ciddi ziyan vurmasının qarşısının alınması üçün əlaqədar təşkilatlar tərəfindən monitorinqlərin keçirilməsinin və nəticəsinin əhaliyə çatdırılmasının, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün münasib şəraitin yaradılmasının, sosial təminat və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.
     Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.
           Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Qaradağ rayon Korgöz bələdiyyəsinin sədri Rövşən Əbdülbağıyev, Qaradağ rayon İcra hakimiyyəti başçısının Korgöz qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramiz Daşdıyev və qəsəbə nümayəndəliyinin müavini Samir Məstiyev iştirak etmişlər.
    Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi və  onların qəbul edilməsi deputat Səbinə Xasayevanın  əsas fəaliyyət istiqamətlərindən biridir.


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin